Fəhmin Hacıyev () — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993).
Həyatı Fəhmin Əhmədpaşa oğlu Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub.
Hərbi xidməti 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb.
Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub.
Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Siyasi fəaliyyəti 2004–2011-ci illərdə Müsavat Partiyasının, 2011-ci ildən 2013-cü ilədək isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Daxili Qoşunlarının komandanları