Luis Alberto Arse Katakora (; ) — 2020-ci ildən etibarən Boliviyanın 67-ci Prezidenti vəzifəsində çalışan Bolivya siyasətçisi.
Arse La-Pasda anadan olub. 1984-cü ildə La-Pazdakı Bank Təhsili İnstitutundan mühasib olaraq məzun olub, San Andres Ali Universitetində və İngiltərədəki Uorvik Universitetində iqtisadiyyat dərəcəsi alıb. 1990-cı illərin çox hissəsini dövlət məmuru olaraq bir-birinin ardınca dövlət postlarında və müxtəlif universitetlərdə iqtisadiyyat müəllimi olaraq keçirdi. 2006-cı ildə yeni seçilmiş Prezident Evo Morales tərəfindən Maliyyə Naziri təyin edildi. Arse Boliviyada iqtisadi yüksəliş dövrünə nəzarət etdi və SUH üzvü olaraq texnokrat olduğu üçün şöhrət qazandı.
Arse ilk turda səslərin 55.1%-i aldığı 2020-ci il ümumi seçkilərində Sosializm Hərəkatından prezidentliyə namizəd olaraq seçildi.
Həyatı Luis Arse 28 sentyabr 1963-cü ildə La-Pasda anadan olub. Hər iki valideyni müəllimdir, Karlos Arse Qonzales və Olqa Katakoranın oğludur. Arse sadə ailədə böyüdü, 1968-ci ildə məktəb təhsilinə başladı və 1980-ci ildə La-Pasda orta məktəbi bitirdi. La-Pasda Bank Təhsili İnstitutunda oxudu və mühasib vəzifəsini 1984-cü ildə bitirdi. 1991-ci ildə İngiltərənin Koventri şəhərində Uornik Universitetini bitirmədən öncə, San Andres Ali Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almış və 1997-ci ildə iqtisadiyyat üzrə magistr dərəcəsi ilə bitirmişdir. Los-Andes Universitetinin və Boliviyadakı Franz Tamayo Özəl Universitetinin fəxri doktoru dərəcəsini almışdır.
Cessika Moskeyra ilə evlidir və onların üç övladı var: Arse Luis Marselo, Rafael Ernesto və Kamila Daniela. İlk həyatı yoldaşından ayrıldıqdan sonra ikinci dəfə Lurdes Bricida Duran Romero ilə ailə qurmuşdur. O, Boliviyanın ilk birinci xanımıdır. Evo Morales bacısı Ester Morales birinci xanım vəzifəsini icra edərkən heç vaxt evlənməmişdi, Janin Anyesin əri Ektor Ernando Xinkapi Karvaxal isə birinci cənab kimi xidmət etmişdi. İngiltərədə təhsil almış Arse portuqal dili ilə yanaşı ingilis dilini də yaxşı bilir.
Fəaliyyəti Arse iş həyatının böyük bir hissəsini dövlət məmuru olaraq 1987-ci ildə Boliviya Mərkəzi Bankında başlamışdır. 1992–2005-ci illərdə Boliviya Mərkəzi Bankının Beynəlxalq Əməliyyatlar İdarəetməsində Ehtiyatlar üzrə müdir vəkili vəzifəsində çalışmışdır. 1994–1995-ci illərdə Boliviya Mərkəzi Bankının İqtisadi Araşdırmalar Rəhbərliyi yanında Tədqiqat və Analiz Bürosunun İnformasiya və Nəşrlər şöbəsinin müdiri olaraq fəaliyyət göstərdi.
Arse Boliviyanın müxtəlif dövlət və özəl universitetlərində bakalavr və magistr tələbələri üçün dərslər verdi. Nyu-Yorkdakı Kolumbiya Universiteti, Buenos-Ayres Universiteti və Harvard Universiteti daxil olmaqla Avropa, Şimali Amerika və Latın Amerikası universitetlərində mühazirələr oxudu.https://web.archive.org/web/20170405170126/http://www.la-razon.com/economia/Luis-Arce-desaceleracion-profunda-economia_0_2259374136.html
İqtisadiyyat və Dövlət Maliyyə Naziri fəaliyyəti
23 yanvar 2006-cı ildə Prezident Evo Morales Arseni Maliyyə Naziri təyin etdi. Üç il sonra yeni qurulmuş İqtisadiyyat və Dövlət Maliyyəsi Nazirliyinin komandanlığını aldı. Boliviya mediası Boliviyanın iqtisadi yüksəlişinə yalnız Arsenin nail ola biləcəyini yazdı. Boliviyanın karbohidrogen, telekomunikasiya və mədən şirkətlərinin milliləşdirilməsinə və BancoSur-un yaradılmasına nəzarət etdi. ÜDM-in 344% artması və yoxsulluğun 38%-dən 15%-ə endirilməsi ilə Boliviya iqtisadiyyatının sürətli yüksəlişinə nəzarət etdi.
2011-ci ildə Amerika İqtisadiyyat Jurnalı Arseni 18 regiondan ən yaxşı iqtisadiyyat naziri olaraq 8-ci sırada qoydu. Beynəlxalq təşkilat Arseni Bolivya iqtisadiyyatının idarəedicisi kimi gördü. 2014-cü ildə Boliviyada ümumi seçkiləri ərəfəsində "The Wall Street Journal" Moralesin yenidən seçilməsində onu vasitəçi olaraq gördü.
24 iyun 2017-ci ildə Arse vəzifəsindən istefa verdi və ağır böyrək xərçəngindən əməliyyat olunması üçün Braziliyaya getmək məcburiyyətində qaldı. 23 yanvar 2019-cu ildə İqtisadiyyat Naziri vəzifəsinə qayıtmazdan öncə mandatını yenidən əldə edənədək orada həmin vəzifədə qalmışdır.
İqtisadiyyat Naziri olaraq Arse nisbətən aşağı nüfuza sahib idi. "Chatham House"-da Latın Amerikası üzrə baş elmi işçi və "Americas Quarterly"-in qurucusu Kristofer Sabatini Arseni "SUH-dakı azsaylı texnokratlardan biri" adlandırdı. Sabatini yazdı: "O iqtisadiyyata rəhbərlik etdi və ritorika ilə məşğul olmur". Boliviya mediası Arseni dövləti iqtisadi yüksəliş dövründə idarə etməsi ilə əlaqələndirdi. Fəaliyyəti dövründə Boliviyanın yoxsulluq səviyyəsini azaltmaq və artan qaz ixracatı nəticəsində böyük miqdarda iqtisadi yüksəlişi təmin etməklə populyarlıq qazandı.
2020 seçki kampaniyası Prezident Evo Moralesin istefasından sonra müvəqqəti Prezident Janin Anyes yeni seçkilər elan etdi. 19 yanvar 2020-ci ildə Morales Argentinadakı səkkiz saatlıq görüşdən sonra Arse və keçmiş Xarici İşlər Naziri Devid Çokeuankanın 2020 seçkilərində Sosializm Hərəkatından namizəd olduqlarını açıqladı.
Bəzi SUH rəqibləri Arseni Moralesin kuklası kimi qəbul görmədilər, lakin Arse kampaniya əsnasında Moralesdən siyasi müstəvidə aralandı. Arse Moralesin hökumətdə heç bir rolunun olmayacağını, lakin partiya prezidenti olaraq qalacağını bildirdi.
Əksər ictimai rəy sorğuları Arseyə üstünlük qazandırdı, lakin noyabr ayının ikinci turunda qalib gəlmək üçün kifayət qədər göstəriciyə sahib olmadı. Seçki gecəsində qədər sağçıların bölünmüş namizədləri Anyes və keçmiş Prezident Xorxe Kiroqanın ayrılması ilə keçmiş Prezident Karlos Mesanın ətrafında qismən birləşdilər. Erkən nəticələr Mesanın üstün olduğunu göstərdi, lakin anket şirkəti "Ciesmori"-in 19 oktyabr səhərində səsləri açıqlaması Arsenin 52.4% səs qazandığını, seçkiləri ikinci tur olmadan birbaşa qazanmaq üçün yetərli olduğunu göstərdi. Arse və partiyası qalib elan edildi, bunu qısa müddətdə Anyes Twitter-də təsdiqlədi. Arsenin əsas rəqibi olan Karlos Mesa seçki hesablarının Arse üçün "güclü və açıq" qalibiyyət göstərdiyini söyləyərək mətbuat konfransında onu təbrik etdi. Son nəticə Arseyə 55.1%, Mesaya isə 28.8%-lik göstərici göstərdi.
Boliviya qəzeti "El Deber" Arsenin qələbəsini "açıq və əzici" adlandırdı və nəticədən sonra barışıq açıqlamaları üçün onu alqışladı, eyni zamanda yeni prezidentin SUH-ın radikal qanadını sakitləşdirməli olacağını bildirdi. "Los Tiempos"-da redaktor olan Oskar Dias Arnau Arsenin zəfərini SUH-ın kənd yerlərindəki güclü dəstəyi, Mesanın namizədliyinin zəifliyi, Arsenin mülayimliyi, müxalifət və kənd sakinləri arasında əlaqənin olmaması ilə əlaqələndirdi.
Arse rəsmi səs sayımı tamamlandıqdan və TSE tərəfindən elan edildikdən sonra 23 oktyabr 2020-ci ildə rəsmi olaraq Boliviyanın seçilmiş Prezidenti oldu.
5 noyabr gecəsi SUH sözçüsü Sebastyan Mişel seçilmiş Prezident Arseyə qarşı edilən hücumu pislədi. Bu açıqlama partiyanın La-Pasdakı seçki qərargahında dinamit çubuğunun partladılmasından sonra verildi. Arsenin fiziki ziyan görməməsinə baxmayaraq, Mişel Arsenin hələ dövlət tərəfindən qorunmadığını bildirdi.
Üçdə iki məsələsi Arse prezident seçilməyə müvəffəq olsa da, ümumi seçkilər SUH-ın 2009-cu ildən bəri istifadə etdilən hər iki hökumət palatasında üçdə iki hissədən çox yer çoxluğunu itirməsi ilə nəticələndi. Daha öncə üçdə iki səs çoxluğunu tələb edən təkliflərin indi sadəcə sadə səs çoxluğu tələb etməsi üçün hər iki palatanı tənzimləyən qanunvericilikdə dəyişiklik etməklə qəbul edildi. Arse öz növbəsində məclis üçün qərarın qəbul edildiyini söyləyərək dəyişiklikləri təsdiqlədi.
Prezident fəaliyyəti Andiçmə mərasimi Arse 6 noyabr tarixində rəsmi andiçmə mərasimi çərçivəsində Tivanakuda Prezident olaraq and içdi. Rəsmi olaraq vəzifəyə 8 noyabrda başladı. Mərasimə keçmiş prezidentlər Eduardo Rodriges Velttse, Karlos Mesa və qonşu ölkələrdən prezidentlər qatıldı. Paraqvay Prezidenti Mario Abdo Benites, Kolumbiya Prezidenti İvan Duke Markes və Argentina Prezidenti Alberto Fernandez andiçmə mərasimində iştirak edən xarici qonaqlar arasında oldular. İspaniya Kralı VI Flipp də mərasimə qatılanlar arasında idi və ən hörmətli qonaq olaraq təqdim edildi. Venesuela prezidentləri Nikolas Maduro və Çili Prezidenti Sebastyan Pinyera iştirak etmək istədiklərini açıqladılar, lakin qısa müddət sonra xarici işlər nazirlərini öz yerlərinə göndərdilər.
Lakin La-Pasdan getmiş keçmiş Prezident Janin Anyes mərasimə qatılmadı. Evo Morales mərasimə dəvət edildi, ancaq andiçmə mərasiminin ertəsi gününə qədər Argentinadan qayıtmadı.
Kabineti Nazirlər kabinetinin 16 üzvü 9 noyabrda vəzifəyə başladı. Arse kabineti on üç kişi və dörd qadından ibarətdir. Enerji Naziri vəzifəsi Karbohidrogenlər Naziri vəzifəsi ilə birləşdirilənədək 13 noyabr tarixinə qədər boş qaldı. Hər iki posta Franklin Molina Ortis təyin edildi.
Boliviyalı yerli siyasətçi Felipe Kispe Arseni yerli üzvlərindən ibarət olmayan kabinet yaratdığına görə tənqid etdi. Lakin milliyətcə keçua olan Sabina Orelyananın Mədəniyyət Nazirliyinin rəhbərliyə əlavə edilməsi yerli nümayəndənin olacağı demək idi. 20 noyabr tarixli fərmanla Arse iyun ayında Anyes tərəfindən Təhsil Nazirliyinə birləşdirilən Mədəniyyət Nazirliyini bərpa etdi.
Əlavə olaraq, Arse prezidentin və nazirlərin rəsmi iqamətgahını Xalqın Böyük Evinə qaytardı. Bina Evo Moralesin prezidentliyi dövründə tarixi Yanmış Sarayın yerinə inşa edilmişdi, lakin Anyes hökuməti onu istifadə etməkdən imtina etmişdi. Arse hökuməti onu muzeyə çevirmək planlarını bildirdi.
Xarici siyasəti İlk diplomatik addımlarında Arse İranla diplomatik münasibətləri bərpa etdi və Nikolas Maduro hökumətini tanıdı, öncəki rəhbərliyin Xuan Quaydo hökumətini tanımasını geri çəkdi. 11 noyabrda La-Pasdakı Murilo Sarayında təşkil edilən mərasimdə İran səfiri Mortessa Tabreşi və Venesuela səfiri Aleksandr İnez Boliviya Prezidentinə etimadnamələrini təqdim etdilər.
Arse Xarici İşlər Nazirliyinə ölkənin öncəki hökumətin geri çəkildiyi Amerika Xalqları üçün Bolivar İttifaqına üzvlüyünü bərpa etməsini tapşırdı. Arse regional inteqrasiya baxımından Latın Amerikası və Karib Dövlətləri Birliyinin Latın Amerikasına inteqrasiyanın "ən yaxşı yolu" olduğunu bildirdi. O, həmçinin 2018 və 2019-cu ildə üzvlərinin əksəriyyətinin Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı artan narahatlıq içərisində üzv olduqlarını ya çıxdıqlarını və ya dayandırdıqlarını görən CAMB-in bərpasını təklif etdi.
13 dekabrda Arse böyrək xərçəngi müalicəsi ilə əlaqəli tibbi müayinədən keçmək üçün Braziliyaya uçdu. Vitse-prezident Çokeuanka Arsenin 15 dekabrda qayıtmasına qədər 3 gün müddətində prezident səlahiyyətlərini icra etdi. Arse Boliviyadan Braziliyaya uçarkən qənaət və səmərəlilik məsələlərini irəli sürərək Moralesin istifadə etdiyi prezident təyyarəsini istifadə etməməyi seçdi və mülki təyyarə ilə müalicəyə yollandı.
Birləşmiş Ştatlar və İsrail vətəndaşları üçün viza tələbləri 2 fevral 2021-ci ildə ali fərmanla bərpa edildi. Tələblər 2014-cü ildə Morales rəhbərliyi tərəfindən qoyulmuş, lakin 2019-cu ilin dekabrında Anyes rəhbərliyi tərəfindən ləğv edilmişdir.
Dövlət katibi Entoni Blinken keçmiş müvəqqəti Prezident Janin Anyes və nazirlərinin dərhal sərbəst buraxılmasını istədi. Arse hökuməti ABŞ-nin Boliviyanın daxili işlərinə qarışmasını pislədi.
Çili