Əhməd Paşa oğlu Xəlilov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Həyatı Xəlilov Əhməd Paşa oğlu 1904-cü ildə Kürdəmir rayonu Beyi kəndində kəndli ailəsində anadan olmuşdur. 4 övladı olmuşdur.

1985-ci ildə Bakıda vəfat etmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti 1932-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, Göyçay rayon MTS-ndə baş aqranom, sonradan direktor müavini işləmiş, 1939-cu ildən Respublikanın Torpaq Komissarlığında aqranom. baş aqranom, 1941-ci ildən torpaq komissarının müavini, 1942-ci ildən kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Respublikasının pambıqçılıq naziri vəzifələrində işləmiş, 1969-cu ildən təqaüdə çıxmış, 1973-cü ildən Dövlət Yer Quruluşu Layihə İnstitutunda direktor olmuş, 1982-ci ilə qədər bu vəzifədə çalımşmışdır.

Elmi fəaliyyəti 1958-ci ildə elmlər namizədi, 1969-cu ildə elmlər doktoru alimlik dərəcəsi almışdır. Respublikanın əməkdar aqranomu fəxri adına, Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına, Böyük Vətən müharibəsinin bir çox orden və medallarına və Ümum ittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş, bir neçə çağırış Respublika Ali Sovetinin deputatı seçilmişdir.

Mənbə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi — Azərbaycan Aqrar Sahə Rəhbərləri və Görkəmli Elm Xadimləri (Ensklopedik məlumat kitabı)

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları