Siciliyalı Mariya Antuanetta () () – Neapol və Siciliya kralı I Ferdinandın ən kiçik qızı.

Hələ 18 yaşında ikən 1802-ci ildə İnfant Ferdinandla evləndi. Ancaq 2 dəfə hamilə qalsa da, hamiləlik tamamlanmamış uşaqlar tələf oldular. Çox keçmədən Mariya Antuanetta tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Ancaq ölümünün ardında qaynanası Parmalı Luizanın olması barədə şaiyələr yayılmışdır. Əri hakimiyyətə gəlmədən vəfat etdiyi üçün heç vaxt İspaniya kraliçası ola bilmədi.

Mənbə EPTON, Nina, The Spanish mousetrap: Napoleon and the Court of Spain (London: Macdonald, 1973). HILT, Douglas, The troubled trinity: Godoy and the Spanish monarchs (Tuscaloosa; London: University of Alabama Press, 1987).

İstinadlar