Ulises De La Kruz () — Ekvador futbolçusu
Həyatı 2001-ci ildən Avropada çıxış edir. Əvvəlcə Şotlandiya "Haybernian"ının (32 oyun, 2 qol), 2002-ci ildən isə İngiltərə "Aston Villa"sının şərəfini qoruyur. Sonuncunun heyətində Premyer-Liqada 85 oyun keçirərək, 1 qol vurub.
Ekvador yığmasının debüt etdiyi DÇ-2002-də qrupda hər üç matçda oynasa da, komanda növbəti mərhələyə çıxa bilməyib və o da diqqətdən kənar qalıb.
Amma DÇ-2006-da gözlənilmədən 1/8 finala yüksələn Ekvador komandasını onsuz təsəvvür etmək mümkün deyil. Fəallığı ilə seçilən bu sağ cinah müdafiəçisi daim hücumlara qoşulur və onun oyundaşlarına ötürmələri həmişə rəqib komanda üçün təhlükə yaradır. Yaşının 32 olmasına baxmayaraq, dözüm və sürət kimi keyfyyətlərini itirməyib.
O, qolf fanatı kimi də tanınır. Maraqlıdır ki, Ekvadorun ən kasıb bölgələrindən birində anadan olub və öz keçmişini unutmur: vətənində fond yaradaraq bir çox layihələri maliyyələşdirir. Doğma kəndində su zavodı, sağlamlıq mərkəzi, idman meydançası və sair tikdirib.
İstinadlar
de_la_Kruz de_la_Kruz de_la_Kruz Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2004 Kopa Amerika futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Hibernian FK futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri