Mitrofan Dovnar-Zapolski (; ) — Rusiya, SSRİ və Belarus tarixçisi, etnoqrafı, folklorşünası, iqtisadçısı və Belarus milli tarixşünaslığının banisi.Довнар-Запольский Митрофан Викторович. Большая российская энциклопедия — электронная версия. Tarix elmləri doktoru (1905), professor (1902). Mitrofan Dovnar-Zapolski 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. Həyatı Mitrofan Viktoroviç Dovnar-Zapolski yerli şlyaxtaçı Poboq nəslindən olan sənətkar ailəsində anadan olub. İlk və orta təhsilini Baranoviçi stanitsasındakı Xalq İncəsənət Məktəbində almışdır. Ardınca Plovdivdəki məktəbdə (Bolqarıstan), Reçitsadakı dövlət məktəbində, Mozırdakı gimnaziyada və ardınca qovulduğu Kiyevdəki 1-ci şəhər gimnaziyasında oxumuşdur. Qovulma səbəbi 1888-ci ilin yazında, Kiyev təhsil dairəsinin qəyyumunun gizli əmrində göstərildiyi kimi, "əlində olan cinayət məzmunlu kitabları oxumaqla ifadə olunan pis və zərərli davranışına görə" göstərilmişdi. Onun oxuduğu zərərli kitablar isə Taras Şevçenkonun "Mariya" poeması və Aleksandr Herzenə məktublar və Ukrayna milli azadlıq hərəkatının lideri Mixail Draqomanovun Cenevrədə (İsveçrə) nəşr olunan "Qromada" mühacir kolleksiyası idi.Митрофан Викторович Довнар-Запольский. // «Персоналии белорусской социологии». Электронный справочник. O, 1889-cu ildə Kiyev Universitetinin Tarix və Filologiya fakültəsinə daxil oldu və 1894-cü ildə oranı uğurla bitirdi. Universitetdə o, məşhur ukrayna alimi V.B.Antonoviçin tələbəsi olmuşdu. Əmək fəaliyyəti left|thumb|250x250px|M.V.Dovnar-Zapolski (ikinci sırada oturur, sağdan ikinci) Bakıdakı Diyarşünaslıq və Əkinçilik Muzeyinin bir qrup əməkdaşı ilə. 1924-1925-ci illər 250px|thumb|right|Mitrofan Dovnar-Zapolski (ikinci cərgədə, soldan üçüncüsü, şapka və çətir və ya qamış tutan) bir qrup yerli sakinlə Nuxadakı (indiki Şəki) köhnə məscidin pillələrində. Üst sırada Vsevolod Mixayloviç Zummer (saqqallı) oturur. 1928-ci iyun ayı 1896-1898-ci illərdə Ədliyyə Nazirliyinin Moskva Arxivində xidmət etmişdir. 1898-1901-ci illərdə Moskva Universitetində, 1901-1919-cu illərdə Kiyev Universitetində çalışmışdır. Kiyevdə elmi məktəb yaratmışdır. M.V.Dovnar-Zapolskinin tələbələri D.İ.Doroşenko, A.P.Oqloblin, N.D.Polonskaya-Vasilenko və başqaları olmuşdular. 1905-ci ildə Kiyevdə qadınlar üçün ali axşam kursları təşkil etdi. 1906-cı ildə ali ticarət kursları açdı, daha sonra bu məktəb Kiyev Ticarət İnstitutuna çevrildiДовнар-Запольский, Митрофан Викторович // :ru:Энциклопедический Словарь Брокгауза и Ефрона və Zapolski onun ilk rektoru oldu. "Belarus sözü", "Belarus exosu", "Azad Belarus" qəzetləri ilə əməkdaşlıq edərək, Belarus Universitetinin təşkili üzrə BNR komissiyasının üzvü idi.
Sovet hökuməti qurulduqdan sonra Dovnar-Zapolski əvvəlcə Xarkovda, daha sonra Bakı universitetlərində dərs demişdir. O, 1921-1924-cü illərdə Bakı Dövlət Universitetinin prorektoru olmuşdur. 1 oktyabr 1925-ci ildən 1 sentyabr 1926-cı ilə qədər Belarus Dövlət Universitetində Belarusiya tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1926-cı ilin yanvarında Belarus Arxeologiyası Tədqiqatçılarının Birinci Konqresinin sədri seçilmişdir. 1926-cı ilin payızından Dovnar-Zapolski Moskvada çalışmağa başlayır.
Mitrofan Dovnar-Zapolski 1934-cü ildə Moskvada vəfat etmişdir. Yeni Donskoy qəbiristanlığında, Donskoy krematoriyasının (kolumbarium) keçmiş əsas binasının mərkəzi zalında dəfn edilmışdır.
Dovnar-Zapolski gizli və müxtəlif formalarda repressiyalara məruz qalırdı. Blə ki, çalışdığı vəzifələrdə ayrı seçkiliyə məruz qalır, əmrləri sabotaj edilirdi. 1925-ci ildə isə onun tərəfindən yazılan "Belarus tarixi" əsəri ideoloji cəhətdən zərərli kimi qəbul edilmişdir.
Böyük oğlu - Vsevolod Mitrofanoviç Dovnar -Zapolski (1898-1919) - bolşevik fəalı, Kiyevdə Sovet hakimiyyətinin qurulmasında iştirak etmiş, Şulyavkada Qırmızı Qvardiya dəstələrinin təşkilatçısı olmuşdur. İkinci oğlu - Vyaçeslav Mitrofanoviç Dovnar - Zapolski- Qırmızı Ordu sıralarında vətəndaş müharibəsində vuruşaraq həlak olmuşdur.
Elmi fəaliyyəti Belarus dövlətçiliyinin mənşəyi və formalaşması, Belarus xalqının milli və mədəni kimliyi, Belarus etnoqrafiyası araşdırmaları ilə məşğul idi.Біяграфія Мітрафана Доўнар-Запольскага , «Чалавек і грамадства». "Belarusun keçmişi" (1888) adlı silsilə məqalələrində o, belarusların müstəqil xalq olduğunu və Avropa xalqlarının ailəsində bərabər yer tutmalı olduğu fikrini sübut edirdi. Özünün "Belarus Dövlətçiliyinin əsasları" (1919) elmi-publisistik əsərində əvvəl Polotsk və Turov knyazlıqlarının sonra isə Böyük Litva knyazlığının timsalında qədim Belarus dövlətçiliyi (belarus millətinin meydana gəlməsi haqda Kriviçi-Dreqoviçi-Radimiç nəzəriyyəsi) adlanan nəzəriyyə irəli sürdü.
Belarus, Litva, Rusiya, Ukrayna, Polşanın etnoqrafiyası, sosial-iqtisadi və siyasi tarixi ilə bağlı 200-dən çox elmi əsər müəllifidir. 1906-cı ildə XVI-XVII əsrlərə aid tarixi və ədəbi abidə olan Barkulab Salnaməsini nəşr etdirmişdir. Rusiyanın iqtisadi tarixinin ilk kursunun müəllifi ("Rus milli iqtisadiyyatının tarixi") olmuşdur. Политическая экономия / Г. Д. Гловели // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017. "İqtisadi materializmin" fəal tərəfdarı idi, iqtisadi proseslərin tarixin hərəkətverici qüvvəsi olduğuna inanırdı, əmtəə mübadiləsinin roluna üstünlük verirdi.Довнар-Запольский Митрофан Викторович. Хронос
Xatirəsi 1997-ci ildə Reçitsada alimin abidəsi açıldı. 1997-ci ildən 2010-cu ilə qədər burada iki ildə bir dəfə Dovnar günləri keçirilirdi. M.V.Dovnar-Zapolskinin adı ilə Kiyevdə küçə adlandırılmışdır.
Mükafatları Müqqədəs Vladimir ordeni "İmperator II Nikolayın tacını anma günü" medalı "Romanovlar sülaləsinin hökmranlığının 300 illiyi münasibətilə" medalı Əsərləri
Белорусское прошлое. — К., 1988. Календарь Северо-Западного края на 1889 год. — М., 1888 (под ред.). Белорусская свадьба и свадебные песни: Этнографический очерк . тип. И. Давиденко, 1888. Кустарный промысел Минской губернии. — 1888. Статистические очерки Северо-Западного края. — 1888. Очерк истории кривичской и дреговичской земель до конца XII столетия . — К., 1891. Календарь Северо-Западного края на 1890 год. — М., 1899 (под ред.). Чародейство в Северо-Западном крае в XVII—XVIII вв. // Этнографический обзор. 1890. Первобытная форма брака. 1892. Заметки о белорусских говорах // :ru:Живая старина. 1893. Белорусская свадьба в культурно-религиозных пережитках // :ru:Живая старина. 1893. Солнышко и месяц в белорусской свадебной поэзии // Минский листок. 1894. № 80. Московский архив Министерства юстиции: Библиотека: Каталог. — М., 1895 (под ред.). Белорусское Полесье: Сборник этнографических материалов. Вып. 1. — К., 1895. В. Дунин-Марцинкевич и его поэма «:ru:Тарас на Парнасе»: Очерк из истории белорусской этнографии. — Витебск, 1896. Очерки обычного семейного права крестьян Минской губернии. — М., 1897. Документы Московского архива министерства юстиции. Т.1. — М., 1897 (под ред.). Западнорусская семейная община в XV веке. — СПб, 1897. Польско-Литовская уния на сеймах до 1569 г.: Исторический очерк. — М., 1897. Очерки семейственного обычного права крестьян Минской губернии // :ru:Этнографическое обозрение. 1897. Литовские упоминки татарским ордам: Литовский скарб и татарские орды в 1502—1509 гг. // Известия Таврической учёной архивной комиссии. — Симферополь, 1898. № 28. Акты Литовско-Русского государства. — М., 1899 (под ред.). К истории поземельной реформы в Ливонии в 1580—1592 гг. — 1900. Московский архив Министерства юстиции: Библиотека: Каталог: 1-е прибавление (1895—1900). — М., 1900 (под ред.). Государственное хозяйство великого княжества Литовского при Ягеллонах . — К., 1901. — 807 с. — Магистерская диссертация. Старинные описи Литовской метрики. — СПб., 1901. Спорные вопросы в истории Литовско-Русского сейма. — СПб., 1901. Книга для чтения по русской истории. 1904. Политические идеалы М. М. Сперанского . — М., 1905. Очерки по организации западнорусского крестьянства в XVI в . Докторская диссертация. — К., 1905. Крестьянская реформа в Литовско-русском государстве в половине XVI века // Журнал Министерства Народного Просвещения. 1905. № 3-4. Мемуары декабристов. — К., 1906. Из истории общественных течений в России. Сб.статей. — М., 1906. Тайное общество декабристов. — К., 1906. Церковь и духовенство в домонгольской Руси. — М., 1906. Зарождение министерств в России. — М., 1906. Политический строй Древней Руси. Вече и князь. — М., 1906. Реформа общеобразовательной школы при императрице Екатерине II. — М., 1906. Страницы из истории крепостного права в XVIII—XIX вв. — М., 1906. Идеалы декабристов. — К., 1907. Баркулабовская летопись. — К., 1908. Украинские староства в первой половине XVI в. — 1908. Исследования и статьи. Т. 1: Этнография и социология, обычное право, статистика, белорусская письменность. — К., 1909. Торговля и промышленность Москвы в XVI—XVII вв. — 1910. Крепостники в первой четверти XIX в.// :ru:Великая реформа. Русское общество и крестьянский вопрос в прошлом и настоящем. М., Издательство товарищества И. Д. Сытина, 1911 г. История русского народного хозяйства . Т.1. — Киев, 1911. — 366 с. На заре крестьянской свободы. — М., 1911. Обзор новейшей русской истории . — М., 1912. — 427 с. Торговля и промышленность московского периода. М., 1912. Обзор хозяйственной жизни России // Академия коммерческих знаний. Вып. 6. — 1913. Основы государственности Беларуси. — 1919. История Белоруссии. 1925. (издана по рукописи: Минск, 1994.; — Минск, 2003.) Администрация и суд при Николае I // Известия Азербайджанского государственного университета им. В. И. Ленина. Т. 2—3. 1925. Народное хозяйство Белоруссии, 1861—1914 . — Минск, 1926. Старыя беларускія архівы за межамі БССР // Пр. 1-га з’езда даследчыкаў беларускай археалогіі і археаграфіі. Минск, 1926. Белорусская ССР и Западная область РСФСР // Экономическая география СССР. — 1926. Соцыяльна-эканамічная структура Літоўска-Беларускае дзяржавы ў XVI—XVIII сталецьцях // Гістарычна-архэологічны зборнік. 1927. № 1. СССР по районам. Западный район (Белорусская ССР и Западная область РСФСР). М.—Л., 1928. Правительственные гонения на масонов // :ru:Масонство в его прошлом и настоящем. Т.2. Изд. 2-е. — М., 1991.По материалам: «Персоналии белорусской социологии». Электронный справочник.
İstinadlar
Ədəbiyyat Бандарчык В. К. (Bandarchyk 1964) Гісторыя беларускай этнаграфіі XIX ст. – Мн.: Навука і тэхніка, 1964. – 282 с. pp. 201–215. Караў Дз. У. (Karaw 1994) Прадмова // Доўнар-Запольскі М. В. Гісторыя Беларусі / Беларус. Энцыкл., Нац. арх. Рэсп. Беларусь.; Пер. з рус. Т. М. Бутэвіч, Т. М. Кароткая, Е. П. Фешчанка. – Мн.: БелЭн, 1994. – 510 с.: 1л. . pp. 5–15. Лебедева В.М., Скалабан В.В., Шумейко М.Ф. М. В. Довнар-Запольский и его наследие // Довнар-Запольский М. В. История Белорусии / М. В. Довнар-Запольский. – 2-е изд. – Мн.: Беларусь, 2005. – 680 с. . pp. 3–14.
Бусленко Л. М. М. В. Довнар-Запольський як історик України. Київ, 2007. Камінскі М. Доўнар-Запольскі Мітрафан Віктаравіч // Энцыклапедыя гісторыі Беларусі: У 6 т. Т. 3. Мн., 1996. Арлоў Ул. Мітрафан Доўнар-Запольскі. // Радыё Рацыя. Конан Ул. Праблемы беларускай народнай культуры ў творчасці М. В. Доўнар-Запольскага // Міжнароднае грамадскае аб’яднанне «Згуртаванне беларусаў свету „Бацькаўшчына“». Довнар-Запольский Митрофан Викторович // Страны. Ру. Шумейко М. Ф. Имеет мало организаторов ему равных. К 150-летию со дня рождения М. В. Довнар-Запольского // Беларуская думка. 2017. № 6. С. 90—98. Xarici keçidlər Dovnar-Zapolsky, Mytrofan. :en:Encyclopedia of Ukraine.
Kateqoriya:Bakı Dövlət Universitetinin prorektorları Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Kateqoriya:Belarus diplomatları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:Belarus tarixçiləri Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:SSRİ folklorşünasları