Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera. Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb. Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub. Burada rolları, Məcid Behbudov, Bülbül və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.
Həmçinin bax Şah İsmayıl
İstinadlar
Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Mirzə Əbdülqədir Vüsaqinin əsərləri Kateqoriya:Azərbaycan haqqında operalar