Üryandağ - Xocavənd rayon mərkəzindən 9 km cənubda, Füzuli rayonunun Yuxarı Veysəlli kəndi ilə həmsərhəd ərazidə qeydə alınan dağ.

Haqqında Dağın maksimal hündürlüyü 580 metrdir. Oronim tərkibindəki üryan sözü ərəb dilində "lüt, çılpaq" anlamındadır. Dağda ağac, kol bitmədiyi və yaşllıqdan heç bir əlamət olmadığı üçün toponim belə ad almışdır. Xocavənd ensiklopediyası /N. Tapdıqoğlu. Bakı: Zərdabi LTD, 2009, s.448

Həmçinin bax

Üçbulaq dağı

İstinadlar

Kateqoriya:Xocavənd rayonunun dağları