Etolin adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir.
Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmurVancouver, George, and John Vancouver. A voyage of discovery to the North Pacific ocean, and round the world. — London: J. Stockdale, 1801.. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır, Alexander Begg, Report to the Attorney-General of British Columbia, 1902.. Ada yeni adını 1840–1845-ci illərdə Rusiya Amerikasının qubernatoru Adolf Etolinin şərəfinə almışdır.
Adanın bütün ərazisi Tonqass Milli Meşəsinin bir hissəsidir.
Braunson adası Etolin adasının cənub-şərq sahillərində yerləşir, adalar ensiz Kanoe boğazı ilə ayrılır.
İstinadlar
Kateqoriya:Aleksandr arxipelaqı