Murad Salehoviç Paranuk (; ) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur.
Həyatı Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir.
Yaradıcılığı Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir. Paranukun bir çox şeiri xalq mahnılarına çevrilmişdir. O, uşaq kitablarının müəllifidir. Paranuk Aleksandr Puşkinin, Nikolay Nekrasovun, Kosta Xetaqurovun və başqalarının əsərlərini adıgey dilinə tərcümə etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları