Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir.
Əmək bazarının tənzimlənməsi Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacib deyil
Əmək bazarının xüsusiyyəti Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bazarının inkişafı yeni məşğulluq növlərinin, müvəqqəti işlərin, natamam iş günü ərzində müxtəlif rejimli işlərin, müəyyən haqq müqabilində görülən sərbəst qrafikli işlərin, evdə görülən işlərin, müəyyən müqavilə əsasında görülən işlərin və sairə meydana gəlməsinə səbəb olur. Göstərilən xidmətlərin dəyişməsi ilə əlaqədar işçi qüvvəsinə olan tələb də dəyişir. Bu səbəbdən müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarana da bilər.
Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik. yaradıcılıq, özü haqqında tam təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir.
Həmçinin bax Əmək ehtiyatları
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat siyahısı Richard Blundell and Thomas MaCurdy, 2008. "labour supply," The New Palgrave Dictionary of Economics, 2nd Edition Richard B. Freeman, 1987. "Labour economics," The New Palgrave: A Dictionary of Economics, v. 3, pp. 72–76. John Hicks, 1932, 2nd ed., 1963. The Theory of Wages. London, Macmillan. Handbook of Labor Economics. Elsevier. Amsterdam: North-Holland. Links to one-page chapter previews for each volume: Orley Ashenfelter and Richard Layard, ed., 1986, v. 1 & 2; Orley Ashenfelter and David Card, ed., 1999, v. 3A, 3B, and 3C Orley Ashenfelter and David Card, ed., 2011, v. 4A & 4B. Mark R. Killingsworth, 1983. Labour Supply. Cambridge: Cambridge Surveys of Economic Literature. Jacob Mincer, 1974. Schooling, Experience, and Earnings. New York: Columbia University Press. Anindya Bakrie & Morendy Octora, 2002. Schooling, Experience, and Earnings. New York, Singapore National University: Columbia University Press.
Xarici keçidlər
Ageing workers EU-OSHA The Labour Economics Gateway – Collection of Internet sites that are of interest to labour economists Labour & Worklife Program at Harvard Law School, Changing Labour Markets Project W.E. Upjohn Institute for Employment Research ILO: Key Indicators of the Labour Market (KILM). 2007 LabourFair Resources – Link to Fair Labour Practices Labour Research Network – Labour research programme treating various fields Labour Research Department – Independent labour economics research organisation
Kateqoriya:Əmək hüququ Kateqoriya:İqtisadi nəzəriyyələr