Oqtay Güləli oğlu Güləliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur.

Döyüşlərdə iştirakı Laçın polisində işlədiyi dövr Ermənistan–Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü həlak olmuşdur.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.

Xatirəsi 2015-ci ildə "Yaddaş" studiyasında Milli qəhrəmana həsr edilmiş "Laçın qartalı" adlı sənədli film çəkilmişdir.Milli qəhrəmana həsr edilmiş "Laçın qartalı" sənədli filminin təqdimatı olub: ["Yaddaş" studiyasında Oqtay Güləliyevə həsr edilmiş eyniadlı filmin təqdimatı haqqında] //Səs.- 2015.- 27 noyabr.- S.6."Vətənpərvərlik kinosu günləri"ndə "Laçın qartalı"nın təqdimatı: ["Yaddaş" studiyasında Milli Qəhrəman Oqtay Güləliyevə həsr edilmiş eyniadlı sənədli filmin təqdimatı haqqında] //Mədəniyyət.- 2015.- 27 noyabr.- S.13.

Ədəbiyyat Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Dağında səngər, düzündə qeyrət sarbanı" oçerki) səh.21–24. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 103. "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011. Habil Muradov, "Səngər xatirələri", "Laçın yurdu" jurnalı, № 1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh. 63–66.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:Laçın rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)