Ümid FK — və ya digər adı ilə Ümid Futbol Klubu Azərbaycannın Cəlilabad rayonunda yerləşən futbol klubudur. 1990-cı illərdə yaradılmışdır.
Tarixi
1956-cı ildə şəhərin eyniadlı "Astraxanbazar" (Астраханбазар) klubu Azərbaycan SSR Çempionatında iştirak edib, amma final mərhələsinə yüksələ bilməyib.
“Ümid” klubu 1990-cı ildə fəaliyyətə başlayıb.
1992 və 1993-cü illərdə elitada mübarizə aparan "Ümid", Premyer Liqaya yüksəldiyi ilk ilində uğurla çıxış edib. Lakin mövsüm sonunda 5-ci pillə ilə kifayətlənməli olub.
1993-cü ildə isə klub öz gücünü itirməyə başladı. 10 komandanın iştirak etdiyi çempionatda “Ümid” mövsümü qələbəsiz başa vurdu. Tarixinin ən pis dönəmini keçirdi demək mümkündür. 16 məğlubiyyət alan komanda cəmi 2 dəfə heç-heçə edərək hesabına 2 xal yazdıra bilmişdi.
Uzun bir aradan sonra, 2022-ci ildə Azərbaycan Region Liqasında iştirak etmək istəyən klubun qarşısını, maliyyə problemləri kəsir.
İstinadlar
Kateqoriya:1990-cı illərdə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Azərbaycan futbol klubları