Şəmkir FK və ya tam adı ilə Şəmkir Futbol Klubu — eyniadlı şəhəri təmsil edən futbol klubudur. 2017-ci ildə fəaliyyətini ikinci dəfə dayandırmışdır.
Hazırda Azərbaycan İkinci liqasında eyniadlı rayonu təmsil edən və 2013-cü ildə "Qala Şəmkir" adı ilə yaranmış Şəmkir PFK bu klubun hüquqi varisi deyil. thumbnail|Barri Toun ilə səfər matçı. Azər Məmmədov
Tarixi Klub bir vaxtlar aktiv olmuş vebsəhifəsinə əsasən 1954-cü ildə Şəmkirdə yaranmışdır. Müxtəlif vaxtlarda 9 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. üç dəfə qızıl, iki dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanmışdır.
Futbol üzrə Azərbaycan Kubokunun finalında 2 dəfə oynamışdır.
1956-cı ildə şəhərin eyniadlı "Şəmkir" (Шамхор) klubu Azərbaycan SSR Çempionatında iştirak edib.
Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk Azərbaycan klubu olan "Şəmkir" Latviyanın ən titullu klubu olan Skontonu Bakıda 4–1 hesabı ilə məğlubiyyətə uğratmışdı. 2001/2002 mövsümü yarımçıq dayandırılan zaman Şəmkir FK 1-ci pillədə idi və 3-cü çempionluğuna çox yaxınlaşmışdı.
thumb|right|Barri Toun ilə səfər matçı. İsmayıl Məmmədov2003–2004 mövsümü çempionu Neftçini məğlub edən yeganə komanda məhz Şəmkir FK olmuşdu (3–1). Həmin il Bakıda keçirilən cavab görüşü isə 2–2 hesablı heç-heçə ilə bitmişdi. 2004-cü ildə keçirilən Azərbaycan kuboku finalında əlavə vaxtda ilk qolu məhz Şəmkir klubu vursa da — hakim İmamxan Sultani qolu qeydə almamışdı. Bütün mətbuat orqanlarında qolun haqsız yerə sayılmaması qeyd olundu. Bu final matçından sonra klubun əksər aparıcı futbolçuları komandadan ayrıldılar. 2004/2005 mövsümünü 11-ci yerdə (18 klub arasında) bitirməsinə baxmayaraq mövsümlərarası fasilədə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.
2009-cu ilin sonlarında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin təşəbbüsü ilə 4 illik fasilədən sonra yenidən bərpa olunmuş və komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunmuşdur. 2010/2011 mövsümünün gedişində Anar Kələntərov baş məşqçi təyin olundu və klub I divizionda mövsümün sonunda 9-cu pillədə qərarlaşdıOlimpiya mükafatçısı "Şəmkir"ə həyat verdi.
Klubun rəngləri QırmızıAğ
2010/2011 dirçəliş mövsümu 4 illik fasilədən sonra,19 avqust 2009-cu ildə klub yenidən bərpa olunmuşdur. Klub mövsüm ərzində 30 futbolçunun xidmətindən istifadə etmiş və turnir cədvəlini 9-cu pillədə başa vurmuşdur. Aktivində 5 qələbə, 7 heç-heçə və 14 məğlubiyyət olan Şəmkir FK 22 xalla mövsümü bitirmişdir.
2013/2014 mövsüm Bu mövsümda klubun heyəti dəyişdi. Anar Kələtnərovun yerinə baş məşqçi Ruslan Abbasov oldu. Kluba yeni gənc və perspektivli oyunçular gəldi.
2014/2015 mövsüm Bir sıra uğursuzluqdan sonra Ruslan Abbasov istefaya göndərildi. Kluba sponsor tapıldı, yeni baş məşqçi və oyunçular gəldi.2015-ci ilin Yanvar ayından etibarən komandanın yeni baş məşqçisi Kamran Əlibabayev təyin olundu.
2016/2017 mövsüm
Bu klub üçün sonuncu mövsüm oldu. 2016-cı ildə klubun yeni sponsoru və prezidenti Elvin Səfərli oldu. Mövsümün başlanğıcında kluba kifayət qədər böyük maliyyə ayrıldı. Komanda qış fasiləsində Türkiyəyə yola düşdü və təlim-məşq toplantısını Antalya bölgəsində keçirdi. Orada Ukraynanın "Dnepr", Qazaxstan Premyer Liqasının "Okjetpes" və "Tobol" kimi komandaları ilə hazırlıq oyunlarını keçirdi. Lakin mövsümün ikinci dövrəsində komanda o qədər də uğurlu çıxış etmədiyi üçün baş məşqçi Qəhrəman Əliyev ilə yollar ayrıldı. Bundan sonra Badri Kvaratsxeliya klubun baş məşqçisi təyin olundu və komanda turnir cədvəlində 6-cı yerdə qərarlaşaraq mövsümü bitirdi. Klubda olan maliyyə problemləri səbəbindən 2017-ci ilin iyun ayında Şəmkir Futbol Klubu ikinci dəfə fəaliyyətini dayandırdı.2017/2018 mövsümündə komanda həvəskar liqası olan Azərbaycan Region Liqasında iştirak etmişdir.
Heyəti 2014/2015 mövsümü üçün heyəti (1 mart 2015)
(Kapitan)
Komandanın keçmişində əməyi olanlar
Keçmişindəki məşhur futbolçular Rauf Mehdiyev Hüseyn Məhəmmədov Mehman Yunusov Nizami Ocaqverdiyev Xəqani Məmmədov Xaliq Mərdanov Faiq Cabbarov Əli Abıșov Vidadi Rzayev Mahmud Qurbanov Rövşən Əhmədov Azər Məmmədov Badri Kvaratsxeliya Aslan Kərimov İsmayıl Məmmədov Emin İmaməliyev Viktor Kulikov Kənan Kərimov Mirbağır İsayev
Keçmişindəki baş məşqçilər Əfqan Talıbov (1997–1998) Ağasəlim Mircavadov (1998–2001) Qəhrəman Əliyev (2001–2005) Faiq Cabbarov (2009–2011) Anar Kələntərov. (2011–2013) Ruslan Abbasov. (2013–2015) Kamran ƏlibabayevKamran Əlibabayev: Kubok oyununa ciddi hazırlaşmışdıq. (2015–2016) Qəhrəman Əliyev. (2016–2017) Badri Kvaratsxeliya. (2017, sonuncu)
Keçmişindəki rəhbərlər Şahbaz Süleymanov (1997–2005) Mövlud Mirəliyev (2009–2014) Fərid Hüseynov (2014–2016) Elvin Səfərli (2016–2017)
Uğurları Azərbaycan çempionatı: Qızıl medal (2) — 1999/2000, 2000/2001 Gümüş medal (2) — 1998/1999, 2003/2004 Bürünc medal (1) — 1997/1998 Azərbaycan Kuboku: Finalçı (2) — 1998/1999, 2003/2004
Avropa kuboklarında iştirakı 4 dəfə Avropa kuboklarında iştirak etmişdir. Azərbaycanı 2 dəfə UEFA Kubokunda və 2 dəfə də UEFA Çempionlar Liqasında təmsil etmişdir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 92,5 xal ilə Azərbaycan klubları arasında 10-cu, dünyada isə 790-cı pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.
Stadionu
thumbnail|Şəmkir FK köhnə stadionu
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun futbol klubları Kateqoriya:2017-ci ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Ləğv edilmiş Azərbaycan futbol klubları