Fərid Ruslan oğlu Quliyev () — Azərbaycan futbolçusu.

Fərid Quliyev gənc olsa da, artıq müəyyən özünəməxsus göstəricilər qazanıb. Çempionlar Liqasında qol vuran ən gənc azərbaycanlı futbolçudur. "Bakı" 2006-ci ildə Çempionlar Liqasının birinci mərhələsində mübarizəyə qoşularkən, o da bu komandanın üzvlərindən biriydi. Gürcüstanda "Sioni"yə uduzulan matçda (0:2) forma geyinməsə də, cavab görüşündə 45 dəqiqə meydanda oldu. Fasilədə Georgi Meqreladzeni əvəzləyən Fərid sona 15 dəqiqə qalmış adını tabloya yazdırdı. Başla vurduğu qol UEFA-nın rəsmi saytında da öz yerini tapdı. O, ilk mərhələnin ən gözəl qollarından birinə imza atmışdı. Gəncin təkbaşına fədakarlığı "Bakı"nın "Sioni" səddini keçməsinə çatmasa da, hər halda klub ÇL-də ilk qələbəsini qazandı. Oyunu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn azarkeşlərdən biri Rəşad Kərimov isə 18 min dollar uddu. "Bakı"nın udmasına əmin olub, bukmeyker kontoruna pul qoyduğu üçün. Milli çempionatlar tarixində vurulan ən erkən qol da Fəridin aktivindədir. "Standard"ın heyətində "Turan"ın qapısından 28-ci saniyədə ilk topu keçirib. Camal Məmmədovun ideal ötürməsini bir toxunuşla tora qovuşduran hücumçu bu görüşdə dubl etməklə yanaşı, 1 qolun da pasını verdi. Yola saldığımız çempionatda 7 dəfə rəqib qapıçılarını məyus edən forvard 4 qolu "Muğan"da, qalanlarını "Standard"da vurub. Legioner limiti götürüləndən sonra meydan gəlmələrə qalsa da, Quliyev əksər yerli futbolçular kimi gözdən itmədi. Bombardirlər siyahısı legionerlərin "oylağına çevrilib", bununla belə, Olimpiya yığmamızın keçmiş üzvü onların içərisində özünə yer edə bilib.

Uğurları Azərbaycan Milli Futbol Çempionatının bombardiri: (1) – 2009/2010

Mənbə Millidə oynamaq üçün "Real"a qol vurmalıyam?

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular