Kavaşra (, həmçinin Kaveyşra və ya Kouvşra kimi də yazılır), Livanın Əkkar bölgəsinə daxil olan eyni adlı mühafəzədə yerləşən kənd. Livan türkmənlərinin Livanda ən kompakt yaşadığı yer olan Kavaşra ölkə paytaxtı Beyrut şəhərindən 131 km şimalda, Tərabülüs əş-Şam şəhərindən isə 38 km məsafədə yerləşir.

Yerləşməsi

Kavaşra, Əkkar mühafəzəsində, Əl Qoubaiyat yaxınlığında, Tərabülüs əş-Şam şəhərindən təxminən bir saatlıq avtomobil məsafəsində yerləşir. Kənd dəniz səviyyəsindən 700–800 metr (2,300–2,600 fut) hündürlükdə, düzənlik ərazidə yerləşir. Kənddə kiçik süni göl var. Kənd Suriya-Livan dövlət sərhəddində yerləşir.

Əhali

Kavaşra əhalisi Livan türkmənlərindən ibarətdir və kənddə 2.800 nəfər yaşamaqdadır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. Kənd sakinləri əsas etibarı ilə Gələcək Hərəkat adlı siyasi partiyanı dəstəkləməkdədirlər.

Türk etnik mənsubiyyətinə görə kənd 2010-cu ildə dönəmin Türkiyə Baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarət edilmişdir. 2010-cu ildən etibarən Türkiyə hökuməti tərəfindən Kavaşrada müxtəlif infrastruktur layihələri icra olunmuş yeni elektrik xətti çəkilmişdir.

Yerli sakinlərdən biri kəndin etnik mənsubiyyətini belə ifadə etmişdir; Livanda Osmanlı hakimiyyətinə son qoyulandan sonra biz öz torpağımızda qalmağa qərar verdik. Biz hələ də türk dilini və adət-ənənələrimizi qoruyub saxlayırıq. Kənddə həmçinin Suriya vətəndaş müharibəsindən qaçan bir necə yüz Suriya türkmənləri sığınmışdır. Görməli yerləri Kənddə, kənd sakinləri tərəfindən, Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlı əsgərlərin xatirəsinə yaradılmış xatirə abidəsi var.

İstinadlar