Əlövsət İbrahim oğlu Əbdülrəhimov () — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi.

Həyatı Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur.

Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur.

Siyasi fəaliyyəti Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır.

O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Gəncə Vilayət Zəhmətkeş Deputatları Sovetinin deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavinləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri