Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak ( Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi.
Tarixi Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır. Bu hissə XIX sülalə dövründə ucaldılmış Böyük Hipostil Zalı (5 min m2) və tanrı Bast üçün tikilmiş nəhəng peristil meydançasından (8,160 m2) ibarətdir. Bu həyətdə nisbətən daha kiçik həcmdə olan, divarı həyətin cənub çəpərindən keçən III Ramzes və kompleksin şimal-qərb küncündə II Seti məbədləri var idi. Məbədin bu hissəsinin xarici divarları yazı və təsvirlərlə əhatə olunmuşdur. Həyətin cənub tərəfində I Şeşonkun abidəsi var. Bu abidə onun Revoamın padşahlıq etdiyi Fələstinə uğurlu yürüşünun şərəfinə ucaldılmışdır. Hipostil zalının şimal divarında I Setinin Kənandakı döyüşləri, cənub divarında isə II Ramzesin döyüşləri təsvir edilmişdir və ona görə də "Pentaura poeması" adlanır.
Qalereya
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
CFEETK – Centre Franco-Égyptien d'Étude des Temples de Karnak (en) Temple of Amun, numerous photos & schemes (comments in russian) Karnak images www.karnak3d.net :: "Web-book" The 3D reconstruction of the Great Temple of Amun in Karnak. Marc Digital Karnak UCLA Karnak Temple picture gallery at Remains.se
Kateqoriya:Karnak məbəd kompleksi Kateqoriya:Teben Kateqoriya:Misirin görməli yerləri Kateqoriya:Misirdəki arxeoloji abidələr Kateqoriya:Açıq səma altında muzeylər Kateqoriya:Dini yerlər Kateqoriya:E.ə. II minillikdə yarananlar Kateqoriya:Misirdəki açıq səma altındakı muzeylər Kateqoriya:Misirdəki ümumdünya irsi Kateqoriya:Misirin yaşayış məntəqələri Kateqoriya:E.ə. XX əsrdə tamamlanmış tikililər