Sebastiano Espozito () – İtaliya A Seriyası klubu İnterdən icarə əsasında Almaniya klubu "Kalyari"də çıxış edən italiyalı peşəkar futbolçu.
Karyerası
İnter İnterdə ilk matçına 26 oktyabr 2019-cu ildə keçirilən İnter-Parma matçının 73-cü dəqiqəsində çıxıb. Həmçinin matçın 81-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç 2–2 hesablı bərabərliklə bitib.İnterin heyətində ilk qolunu 21 dekabr 2019-cu ildə keçirilən İnter-Cenoa matçının 64-cü dəqiqəsində penaltidən vurub. Matç İnterin 4–0 hesablı qələbəsi ilə yekunlaşıb.
SPAL (icarə) SPAL-da ilk matçına 30 sentyabr 2020-ci ildə keçirilən SPAL-Bari matçında çıxıb. Matç 0–0 hesabı ilə başa çatıb. SPAL-da ilk qolunu isə 21 noyabr 2020-ci ildə keçirilən SPAL-Peskara matçında vurub. Matça 60-cı dəqiqədə daxil olmasına baxmayaraq 90+4-cü dəqiqədə qol vurmağı bacarıb. Eyni zamanda matçın 90+5-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç SPAL-ın 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Veneziya (icarə) Veneziyanın heyətində ilk matçına 16 yanvar 2021-ci ildə keçirilən Pordenone-Veneziya matçının 52-ci dəqiqəsində çıxıb. Matç Pordenonenin 2–0 hesablı qələbəsi ilə başa çatıb. Veneziyada ilk qolunu 20 mart 2021-ci ildə keçirilən Monza-Veneziya matçında vurub. Matçın 61-ci dəqiqəsində daxil olan Sebastiano Espozito 86-cı dəqiqədə qol vurub. Matç Veneziyanın 1–4 hesablı qələbəsi ilə başa çatıb.
Bazel (icarə) Bazeldə ilk matçına 22 iyul 2021-ci ildə keçirilən Bazel-Partizani Tirana matçının 73-cü dəqiqəsində çıxıb. Matç Bazelin 3–0 hesablı qələbəsi ilə başa çatıb.Bazelin heyətində ilk qolunu 25 iyul 2021-ci ildə keçirilən Qrasshopper Sürix-Bazel matçının 70-ci dəqiqəsində vurub. Matç Bazelin 0–2 hesablı qələbəsi ilə başa çatıb.
Uğurları
Klub İnter İtaliya Gənclər Liqası Qalib (1): 2018/19 İtaliya Superkuboku U-17 Qalib (1): 2018/19
İstinadlar
Kateqoriya:İtalyan futbolçular Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Bari FK futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:SPAL FK futbolçuları Kateqoriya:Venesiya FK futbolçuları Kateqoriya:Bazel FK futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Anderlext FK futbolçuları Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri