Həbib Sadıq oğlu Fətəliyev () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı.
Həyatı Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir. 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir.
Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.
Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Həbib Fətəliyev 20 aprel 1999-cu ildə Bakıda vəfat etmişdir.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991)
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavinləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Azərbaycan SSR yerli sənaye nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibləri (Bakı)