"J2 Global, Inc." — ABŞ texnologiya holdinqi. Baş qərargahı Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Şirkət iki bölmə vasitəsilə internet xidmətləri göstərir.

TarixI "J2 Global" 1995-ci ilin dekabrında "JFax.com" kimi Cey Müller və Cek Rayli tərəfindən təsis edilmişdir.https://www.forbes.com/2004/02/04/cx_ah_0204j2global.html Arik Hesseldahl at Forbes.com: The Fax Of Business Life. 02.04.04.; Retrieved at May 23, 2012. Şirkət 2000-ci ilin avqustunda "J2 Global Communications, Inc." kimi qeydiyyatdan keçmiş və 7 dekabr 2011-ci ildə adını yenidən "J2 Global" olaraq dəyişdirmişdir.

Mükafatlar 2012-ci ilin sentyabrında "j2 Global" şirkəti "InformationWeek" nəşrinin 500 texnologiya şirkətləri siyahısında yer almışdır.

"J2 Global" 2013-cü ildə "Forbes"un "Amerikanın ən yaxşı kiçik şirkətləri" siyahısında 39-cu yerdə qərarlaşmışdır.

Məhkəmə işi "J2 Global" şirkəti "CallWave", "Comodo", "EasyLink Services International Corporation", "Open Text", "Packetel, "Protus", "Venali" və "Vitelity" daxil olmaqla bir neçə şirkətə qarşı patent ilə bağlı məhkəmə işi başlatmışdır. Bəzi şirkətlər Şerman aktının 2-ci bölməsinin və Kaliforniyanın biznes və peşələr haqqında məcəlləsinin 16720 və 17200 saylı maddələrində qeyd olunan antiinhisar pozuntularını iddia edən əks iddialar irəli sürmüşdülər.

İstinadlar

Xarici keçidlər

Internet faxing grows more popular - Wailin Wong MyFax Official Website Inside MyFax Q&A: What Is The Best Online Fax Service?

Kateqoriya:ABŞ internet şirkətləri Kateqoriya:Bulud texnologiya provayderləri Kateqoriya:1995-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Los-Anceles şirkətləri Kateqoriya:ABŞ-nin konqlomeratları Kateqoriya:ABŞ media şirkətləri