Şahin Tuma Cəfərqulu () — azərbaycanlı aktyor və müğənni.
Həyatı Şahin Tuma Cəfəroğlu 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. İran azərbaycanlısı olan atası ilə anası Şahin kiçik yaşlarında olarkən boşanıblar. Hazırda Şahin anası ilə birlikdə Uelsdə yaşayır. 12 yaşlı Şahin Svanseada ictimai məktəbin 7-ci sinfində oxuyur, eyni zamanda həftəsonları səhnə dərsləri alır. Bir sıra filmlərə və seriallara çəkilib. BBC-nin altı ay davam edən "Ulduz zərbəsi" sənədli film seriyasının qəhrəmanı olub. "Həyat" adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb.
Cekson heyranı olan Cəfəroğlu Britaniyada 2009-cu ilin mayında məşhurlaşıb. "Britaniyanın istedadları" adlanan televiziya yarışmasına qatılan Cəfəroğlu Maykl Ceksonun "Who’s Lovin’ You" ("Səni kim sevir") mahnısı ilə bütün zalı ayağa qaldırıb. O, Ceksonun dəfn mərasimində də bu mahnı ilə bütün diqqətləri üzərinə çəkib. Pop musiqisinin kralı Maykl Ceksonun iyulun 7-də Los-Ancelesdə keçirilən vida mərasiminə əfsanəvi müğənninin ailə dostları sırasında 12 yaşlı azərbaycanlı Şahin Cəfəroğlu da (Cəfərqulu) olub. Stivi Uander, Cennifer Hadson, Meray Kerri kimi tanınmış ulduzlarla yanaşı Şahin Cəfəroğlu da Maykl Ceksonun mahnısını səsləndirib.
Mərasimdə elan olunub ki, pop musiqisinin kralı Londona planlaşdırdığı konsertdə Şahinlə duet oxumağı düşünürmüş.
Mənbə Maykl Ceksonun vida mərasimində mahnı ifa edən 12 yazlı azərbaycanlı kimdir?
İstinadlar
Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Uelsdə doğulanlar Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:XXI əsr aktyorları