left|thumb|Bağdadın mərkəzi

Bağdad () — İraqın paytaxtı.

Əhalisi 9 milyon nəfərdir (2015),Bağdad Yaxın Şərqin ən iri şəhərlərindən biridir.

Bağdad İraqın siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Burada hökumət, bütün mərkəzi dövlət və dini müəssisələr və diplomatik nümayəndəliklər yerləşir.

Burada həmçinin çoxlu universitetlər, təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır.

Etimologiya Bağdadın əsası Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur tərəfindən 752-ci ildə qoyulmuşdur. Əbu Cəfər əl-Mənsur Qurandan ilham alaraq əsasını qoyduğu bu şəhəri Mədinətus-Səlam adlandırmışdır. Məşhur azərbaycan coğrafiyaşünas və səyyah Şirvaninin fikrincə şəhərin adı Ənuşirəvan tərəfindən salınan bağla əlaqəlidir. Rəvayətə görə "Dad" müqəddəs şəxs imiş. Bu fikrə əsasən Bağdad sözünün mənası "Dadın bağı" deməkdir. Bağdad sözünün qədim fars dilində "Allahverdi" olduğu deyənlər də çoxdur.

İstinadlar

Mənbə

Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:İpək yolundakı şəhərlər Kateqoriya:VIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Yaşayış kompleksləri