Sidi-Xüiləd () — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Xüiled dairəsinin inzibati mərkəzidir.

Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 560 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 127 metrdir.

Sidi-Xüiləd kommunası Uarqla, Əyn-Beyda, Hasi-Ben-Abdullah və Nəqusa kommunaları ilə həmsərhəddir. Sahəsi 131 km2-dir.

İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,2 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.

Nəqliyyat Əyn-Beyda hava limanı şəhərin cənubunda yerləşir

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri