Aleksandr Çakovski () — Rus yazıçısı.
Haqqında Aleksandr Borisoviç Çakovski 1913-cü il avqust ayının 26-da Peterburqda anadan olmuşdur. 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı, 1978-ci ildə Lenin mükafatı, 1950-ci və 1983-cü illərdə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. 1941-ci ildən Sov.İKP üzvü olmuşdur.
Yaradıcılığına 1937-ci ildən tənqidçi kimi başlamışdır. “Bu Leninqradda olmuşdur” (1944), “Lida” (1945), “Sülh günləri” (1947) trilogiyası Böyük Vətən müharibəsində Leninqradın qəhrəmanlığından bəhs edir. “Bizdə artıq səhərdir” (1949), “Omrün bir ili” (1956), “Seçdiyimiz yollar” (1960) və s. romanlarının, “Uzaq ulduzun işığı” (1962), “Gəlin” (1966) və s. kimi povestlərin müəllifidir.
1954-1963-cü illərdə “İnostrannaya literatura”jurnalının baş redaktoru, daha sonra “Literaturnaya qazeta” jurnalının baş redaktoru olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü olmuşdur. 4 dəfə Lenin Ordeni, Oktyabr İnqilabı Ordeni kimi bir sıra medal və ordenlərlə təltif edilmişdir.
Aleksandr Borisoviç Çakovski 1994-cü il fevral ayının 17-də vəfat etmişdir.Alexander Borissowitsch Tschakowski // Энциклопедия Брокгауз (нем.) / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
Əsərləri
Qələbə: siyasi roman / Aleksandr Borisoviç Çakovski; tərc. ed. A. Vəfalı ; red. Ə. Ağayev.- Bakı: Azərnəşr, 1987.- 327 s. Mühasirə: roman / Aleksandr Borisoviç Çakovski; tərc. ed. M. Mirkişiyev.- I və II Kitab.- Bakı: Yazıçı, 1978.- 700 s. Mühasirə: roman /Aleksandr Borisoviç Çakovski; tərc. ed. M. Əfəndiyev.- III-IV kitab.- Bakı: Yazıçı, 1982.- 644 s.
İstinadlar Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:XX əsr jurnalistləri