Hüseynbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Hüseyn bəy adlı şəxsə məxsus qışlaq yerində maldarlıqla məşğul olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər həmin ərazi Hüseynbəy Tərəkəmə adlanırdı. Füzuli r-nu ərazisində də eyniadlı yaşayış məntəqəsi qeydə alınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 329.

İstinadlar

Kateqoriya:Bərdə rayonunun kəndləri