Vüqar Əliyev (Vüqar Orxan) — İcmalçı-jurnalist, analitik, redaktor.

Vüqar Mükafat oğlu Əliyev 1970-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) milli məktəblərdə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Karyerası "Azad söz" qəzeti — İcmalçı-müxbir (1993–1994). Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi — Aparıcı mütəxəssis (1994). "Zaman-Azərbaycan" qəzeti - İcmalçı-müxbir (1995–2001). "Lider Media Holdinq", "Bizim Əsr" qəzeti — Analitik şöbənin müdiri (2001–2004). "Lider Media Holdinq", "Naş Vek" ("Наш Век") qəzeti (rus dilində) — İcmalçı (2005–2007). "525-ci qəzet" — İcmalçı (2005–2010). Effektiv Təşəbbüslər Mərkəzi demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi — Həmtəsisçi, layihələr üzrə menecer (2005-ci ildən). www.azerbaycanli.org saytı — Layihə rəhbəri, şef-redaktor (2009-cu ildən). "Mədəniyyət" qəzeti — Redaktor (2010-cu ildən). "Mədəniyyət" qəzeti — Baş redaktor (2018-ci ildən). 1993-cü ildən mətbuatda siyasət, tarix, mədəniyyətlə bağlı məqalələr, analitik yazılarla çıxış edir. "Azərbaycan tarixi günbəgün" (2008) kitabının tərtibçisidir.

Xarici keçidlər "Azərbaycan tarixi günbəgün" —

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:1970-ci ildə doğulanlar