Əli Bəkir oğlu Əbilzadə (1930, Bakı, Azərbaycan SSR, SSRİ – 1993, Bakı, Azərbaycan) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Azərbaycan SSR əməkdar məşqçisi.
Həyatı Əli Əbilzadə 1930-cu ildə Bakıda anadan olub. 1946-cı ildə — 16 yaşında olarkən o vaxtlar Mərkəzi Pionerlər Sarayında yaranmış futbol bölməsinə üzv yazılıb. İlk məşqdən sonra futbol mütəxəssisi Mixail Alimkin ona hücumda oynamağı məsləhət görüb. 1950-1960-cı illər ərzində "Neftyanik"in heyətində ümumilikdə 134 oyun keçirib, 39 qol vurub.
1961-ci ildən məşqçilik fəaliyyətinə başlaylb. 1961-1962-ci illərdə "Neftyanik"də baş məşqçi Boris Arkadyevin köməkçisi kimi çalışıb. Sonralar Azərbaycanın bir çox komandalarında baş məşqçi işləyib.
Əli Əbilzadə 1993-cü ilin aprel ayında Bakı şəhərində vəfat edib.
İstinadlar
Xarici keçidlər Əli Əbilzadə Teams.by saytında
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri