Elmira Abdulla qızı Rəhimova () — Professor, ədəbiyyatşünas
Həyatı Elmira Rəhimova Azərbaycanın Ağdaş şəhərində anadan olub. 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1962-ci ildə Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971–1974-cü illərdə aspiranturada təhsil alıb.
Elmi fəaliyyəti və yaradıcılığı Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20–30-cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi("Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980–1982-ci illərdə yüksəkixtisaslı mütəxəssis kimi Kuba Respublikasının Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib. Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb. Nasir olaraq hekayələri, povestləri esseləri müntəzəm olaraq mötəbər ədəbi jurnallarda dərc olunub.
Üzvü olduğu qurumlar və təltifləri Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.
İstinadlar
Kateqoriya:Azərbaycan esseistləri Kateqoriya:Azərbaycan professorları