Elşad Əhmədov () — Azərbaycanlı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi oynayıb. 1992–1994-cü illərdə Azərbaycan millisində çıxış edib. Azərbaycan Milli Çempionatında ancaq bir klubun, Ağdamın "Qarabağ" klubunun formasını geyinib. Hal hazırda Neftçi futbol akademiyasının koordinatoru vəzifəsini yerinə yetirir.
Karyera
Futbolçu Elşad Əhmədov karyerasına Mingəçevirin "Avtomobilçi" klubunda başlayıb. 1989–2001-ci illərdə Ağdam "Qarabağ"ının daimi futbolçusu olub.
Məşqçi Məşqçiliyə futbolçu karyerasının böyük hissəsini keçirdiyi və futbolçu karyerasını bitirdiyi "Qarabağ" klubunda (2001–2002) başlayıb.
Daha sonra "MKT-Araz" (İmişli, 2004–2005), "İnter"in U-15 (2008–2010), əvəzedici (2010–2011), "Neftçi"nin əvəzedici (2011–2014, 2017–2018), U-17 (2015–2016), U-19 (2016–2017), "Xəzər" (2017–2018), "Sabah"ın əsas (2018–2019), U-19 (2019–2020) komandalarını çalışdırıb.
Uğurları
Futbolçu kimi Qarabağ:
Azərbaycan çempionu; 1993-cü il. Azərbaycan çempionatının gümüş mükafatçısı; 1993/94, 1996/97 Azərbaycan kubokunun qalibi; 1993 Azərbaycan kubokunun finalçısı;1995/96, 1997/98.
Məşqçi kimi Neftçi-2
Əvəzedici heyətlər arasında futbol üzrə Azərbaycan çempionatının qalibi; 2011/12
Neftçi U17
U17 Liqasının qalibi; 2015/16
Xəzər Bakı
Azərbaycan "I Divizion"un çempionu; 2017/18
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları