Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi.
Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir.
Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır.
Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir. XXI əsrin əvvəllərində bu etnonim Türkmənistanın əsas əhalisi, İran, Əfqanıstan və Rusiyada böyük icmaları olan Mərkəzi Asiya türkmənləri, həmçinin oğuz türklərinin digər törəmələri olan İraq və Suriya türkmanları tərəfindən istifadə olunur.
Etimologiya və tarixi "Türkmən" və ya "türkman" etnoniminin etimologiyası ilə bağlı hazırkı əksəriyyət rəyi ondan ibarətdir ki, bu, "Türk" sözündən və türk dillərində vurğulayıcı "-mən" şəkilçisindən əmələ gəlmiş, "türklər arasından ən türkü" və ya "saf qanlı türklər" mənasını verir., , . Orta əsrlərə aid olan, Əbu Reyhan Məhəmməd ibn Əhməd Biruni və Kaşğarlı Mahmudun yazılarında rast gəlinən xalq etimologiyasına görə, bu söz "-mən" yox, farsca "-manind" şəkilçisindən formalaşmışdır və nəticədə "türk kimi" deməkdir. Əvvəllər müasir elmdə dominant etimologiya olsa da, bu qarışıq türk-fars variant indiki dövrdə yanlış hesab olunur.,,.
thumb|300x300px|Alman xəritəsində göstərildiyi kimi, Osmanlı imperiyasında "".
"Türkmən" və ya "türkman" termininin məlum olan ilk qeydinə islam ədəbiyyatında X əsrin sonlarına yaxın ərəb coğrafiyaşünası Şəmsəddin Əbu Abdullah Müqəddəsi "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat" əsərində rast gəlinir. Müqəddəsi 987-ci ildə tamamladığı əsərində türkmənlər haqqında iki dəfə məlumat yazaraq regionu Mərkəzi Asiyadakı müsəlman torpaqlarının hüdudu kimi göstərmişdir.Al-Marwazī, Sharaf Al-Zämān Tāhir Marvazī on China, the Turks and India, Arabic text (circa A. D. 1120) (English translation and commentary by V. Minorsky) (London: The Royal Asiatic Society, 1942), p. 94 Mübahisəli yanaşmaya görə, VIII əsr soqdca məktubda qeyd edilən "" sözü, həmçinin çincə Soqdiananın başqa adı olan, "Tundian"da qeyd edilən "Tecumen" () sözü "türkmən" etnoniminin ilk məlum qeydi ola bilər.Golden, Peter B. (1992) An Introduction to the History of the Turkic Peoples. p. 212–3Du You, Tongdian vol. 193 "粟弋,後魏通焉。在蔥嶺西,大國。一名粟特,一名特拘夢。" Tr. "Suyi communicated [with] Latter Wei. It is a large country to the west of Onion Ridges. Another name is Sute; another name is Tejumeng" Hər halda, bu söz "türkmən" olaraq başa düşülsə belə, onlar qarluqlara aid edilmiş ola bilər.Kafesoğlu, İbrahim. (1958) "Türkmen Adı, Manası ve Mahiyeti," in Jean Deny Armağanı: Mélanges Jean Deny, eds., János Eckmann, Agâh Sırrı Levend and Mecdut Mansuroğlu (Ankara: Türk Tarih Kurumu Basımevi) p. 131Kafesoğlu, İbrahim. (1958) "Türkmen Adı, Manası ve Mahiyeti," in Jean Deny Armağanı in Eckmann et al. (eds.), p. 121–133. cited in Golden, Peter B. (1992) An Introduction to the History of the Turkic Peoples. p 347–348
Orta əsr islam müəllifləri Biruni və Mərvazinin məlumatına görə, türkmən termini islamı qəbul etmiş oğuz türklərini nəzərdə tuturdu.Abu al-Ghazi Bahadur, "Genealogy of the Turkmens " Commentary 132 : Then the name "Turkmen" was assigned to one of the most powerful tribal associations — to the Oghuz people. Bununla belə, qarluqlar kimi oğuz olmayan türklərin də "türkmən" və ya "türkman" adlandırıldığına dair dəlillər var. Daha sonra, orta əsrlərdə bu termin oğuz türkləri – VIII əsrdə Oğuz Yabqu adlı böyük bir tayfa konfederasiyası quran qərbi türklər üçün geniş şəkildə istifadə edilmişdir. Sakinləri oğuz türkcəsində danışan bu dövlət Mərkəzi Asiyada Aral və Xəzər dənizləri arasında yerləşən ərazini əhatə edirdi. Əslən eksonim olan "türkmən" sözü daha qədim və tanış olan "türk" adı ilə birlikdə istifadə edilirdi. Bundan başqa, "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları da istifadə olunurdu,. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar.
thumb|267x267px|Orta əsr Qaraqoyunlu türkmən ordusuna məxsus dəbilqə.
XI əsr Mərkəzi Asiya və Yaxın Şərqdə səlcuqi işğalları dövrü idi. O dövrdə ümumi mənzərədə türkmənlər kimi tanınan müsəlman oğuzlar gələcək səlcuqi tayfa birliyinin və XI əsrdə yaradacaqları dövlətin əsasını təşkil edən qınıq tayfasının ətrafında birləşmişdilər. Bu səlcuqi türkmənlər 1020-ci illərdə öz vətənləri Mavəraünnəhrdən Qaraqum səhrasından keçərək Qəznəvi Xorasanının kənarlarına köçmüşdülər. Sonralar böyük türkmən dəstələri naxır və sürüləri ilə qərbə – Rey və Cibala, 1030-cu ilə qədər isə qərbə Azərbaycana qədər köçmüşdülər. Qəznəvilərin cəza xarakterli əks-hücumları bu türkmənlərin bir hissəsini geri çəkilməsinə səbəb olmuşdu, lakin digər dəstələr artıq bütün Şimali Xorasanın şəhərlərini qarət edərək karvan hərəkətinə və ticarət həyatına ciddi maneələr törətmiş, həmçinin qoyunlarını və atlarını otararaq vahələri məhv etmişdilər. Səlcuqilərin 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəvi ordusu üzərində qəti qələbəsi Səlcuqi sülaləsinə İranda və onun hüdudlarından kənarda öz hakimiyyətini qurmağa imkan yaratmışdır.
Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. XII əsr İran yazıçısı Mərvazi qeyd etmişdir: Məhz həmin illərdə oğuz türklərinin əksəriyyəti müsəlman olduğu üçün XII əsrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir.Louis Ligeti. Sur la langue des Afchars d'Afghanistan (фр.) // Acta Orientalia Academiae Scientiarum Hungaricae. — 1957. — Vol. 7, no 2/3. — P. 109–156.Ildiko Beller-Hann. The Oghuz split: the emergence of Turc Ajämi as a written idiom // Materiala Turcica. — 1993. — Т. 16. p. 115–116: "In the Islamic world the terms türki, türk dili, türkçe dili were often used to describe any Turkic languages as opposed to Persian and Arabic. Thus these terms were also used to describe · the Chagatay language (Eckmann 1966:4). Speakers of modern Azeri today describe their own language as türki or türk dili which is in accordance with the term used by the translator of the TKh (Ligeti 1957:111). Another term denoting the same language was used by Navä'l, the most prominent representative of the Chagatay literary language and its literature. He noted that the fourteenth century poet Näsimi wrote poems both in Turkmäni and Rumi, the former meaning the forerunner of modern Azeri, the latter referring to Ottoman (Köprülü 1943:1301). Minorsky also refers to Azeri texts as Turcoman (Minorsky 1943:188; 1954:283). It has been noted that the term kizilbaş was also used to describe the texts with Azeri features, which is a curious example of how a language can be renamed according to the religious-political convictions of its speakers (Gandjel 1986b:124).".Flemming, 2018, p. 127: "And then there was a further possibility of multilingualism for Turkish poets in the time period we are speaking about. To make oneself understood to a public who lived spread out across immense regions from Central Asia to the near East and whose dialects had drifted apart, three dialects that served as literary languages were available: 'Old Anatolian-Turkish or Ottoman (called türk, türkī and in the Mamlūk state türkmenī); East-Turkish (called türkī and later çagatāyī); and thirdly, Āzerī which lay between the other two and was designated as türkī or türkmenī.".
Son orta əsrlərə doğru Anadolunun şərq hissəsi Avropa mətnlərində "Turkomaniya", Osmanlı mənbələrində isə "Türkməneli" kimi tanınmağa başlamışdır. Müasir İraq ərazisindəki türkmən icmasının mərkəzi Kərkük olmuşdur. Türkmənlərin tərkibinə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakim tayfaları olmuş Yıva və Bayandur tayfaları da daxil idi. Ağqoyunlunun süqutundan sonra əfşarlar, hacılılar, pörnəklər, döyərlər və mosullular kimi bəziləri öz adları altında olmaqla sonra türkmən tayfaları türkmən qızılbaş tayfa konfederasiyasında birləşmişdilər.Encyclopaedia Iranika "AQ QOYUNLŪ" : "The surviving Āq Qoyunlū tribes and groups were absorbed, in some cases years later, into the Qizilbāš tribes; in this process, the Afšār retained their tribal identity while others, such as the Ḥāǰǰīlū, Döḡer, Mawṣellū, and Pornāk, were merged into a new tribe called Turkman". Bu türkmən tayfalarına Ustaclı, Rumlu, Şamlı, Dülqədir, Qacar və Təkəli tayfaları da aid idi.David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. p. 165. "The primary court language remained Turkish. But it was not the Turkish of Istanbul. It was a Turkish dialect, the dialect of the Qizilbash Turkomans…"Grigor'ev S. E. East: History and Culture, On the Shias of Afghanistan. Institute of Oriental Studies (Russian Academy of Sciences). St. Petersburg. The Qizilbash, originally consisting of representatives of seven Asia Minor Turkic tribes of Rumlu, Shamlu, Ustajlu, Afshar, Qajar, Tekkel, and Dulkadir…
Müasir dövrdə right|thumb|Yörük qızları ənənəvi geyimdə. Balıkəsir, Türkiyə.
Son orta əsrlərdə Anadoluda "türkmən" termini tədricən "Osmanlı" termini ilə əvəz olunmuşdur. Osmanlı imperiyasının hakim təbəqəsi XIX əsrə qədər özlərini Osmanlı kimi tanımışdılar.Kushner, David S.. "Self-Perception and Identity in Contemporary Turkey." Journal of Contemporary History 32 (1997): p. 219 XIX əsrin sonlarında onlar Avropada yaranmış milliyətçilik ideyalarını mənimsəmiş, "türkmən" əvəzinə daha ümumi "türk" termininin istifadəsinə qayıtmağa üstünlük vermişdilər, baxmayaraq ki, əvvəllər "türk" sözü yalnız Anadolu kəndlilərinə aid edilirdi.Kushner, David S.. "Self-Perception and Identity in Contemporary Turkey." Journal of Contemporary History 32 (1997): pp. 2020–221