Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun Sincan kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır.

"Sincan" – türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan–Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" – iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" – türk dillərində "kimi, sanki" mənalarını daşıyır. "San" isə – "həyat, dirilik" deməkdir. "Sincan" – "can kimi", yəni "çox gözəl, çox səfalı, həyat nişanəli, əbədi yaşar" anlamına gəlir.

Tarixi

Tarixi abidələri Kənddə yerli əhəmiyyətli memarlıq abidələrindən 4946 inventar nömrəli məscid və minarə var.

Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 28 km cənub–şərqdə, Şəki–Qəbələ şose yolunun solunda yerləşir. Rayon mərkəzindən Xaçmaz, Filfili, Mollalı kəndlərinə, Bakı şəhərinə və Qəbələ rayonuna gedən avtobuslar Sincandan keçir.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə ticarət və iaşə obyektləri fəaliiyət göstərir.

Mədəniyyəti Kənddə klub, kitabxana, poçt və 288 nömrəlik elektron ATS var.

Təhsil Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.

Din

Səhiyyə Kənddə xəstəxana mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Oğuz rayonunun kəndləri