Qayakənd — Azərbaycan Respublikasının Qusar rayonunun Qusar şəhər inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası Qayakənd oyk., mür. Qusarçayın sahilində, düzənlikdədir. Kənd Qusarçayın sahilindəki qaya yaxınlığında salındığına görə belə adlanmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki qaya sözü qədim türk tayfalarından olan qayıların adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 509 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax Qusar rayonu

Kateqoriya:Qusar rayonunun kəndləri