Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun Gilah kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Xuluq oyk., sadə. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış sakinləri Hacı Məhəmməd (1785–1837) — İmam və Quba üsyanının hərbi, dini və siyasi rəhbəri, müridizmin yayıcısı. Qafqazın xalq qəhrəmanı.
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri