Əvəcük — Azərbaycan Respublikasının Qusar rayonunun Köhnə Xudat kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Toponimikası Əvəcuq kəndi ətraf kəndlərdən ən az əhaliyə sahib olan kənd olmağına baxmayaraq ən qədim kənd hesab olunur. Kəndin 3 təpə üzərində qurulduğu güman edilir. Bu təpələrə Ləzgi dilində "pel" deyilir, və əhali arasında hər təpəyə ad verilib. Məsələn kəndin mərkəzində yerləşən təpədə əhalinin su probleminin həlli üçün yerli əhali göl yaratmış və bu göl "viri pel" yəni göl yerləşən təpə adlanır Əvəcuq oyk, düz. Qusar maili düzənliyindədir. Kəndin adının əvə/yivə sixil (klan) adına -cük şək.-sini artırmaqla yarandığını da ehtimal etmək olar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 924 nəfər əhali yaşayır. Kənddə müasir tam orta məktəb fəaliyyət göstərməkdədir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əvəcuq kəndinin əhalisini Ləzgilər təşkil edir.

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri