Allıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası Alıkənd oyk. Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmış adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cu ildə Göyçay rayonunun Ramal və İəkər inzibati ərazi vahidilərində daha iki Alıkənd kəndi qeydə alınmışdırAzərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Yaylaqlar Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Bulaqlar Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Məşhur yerlər Dəlikdaş, Baladüz, Gözələ, Sandıq biçənəyi, Aralıq, Təpələr, Turşəngli çala, Ağuludöş, Böyük zəhman, Məşədi Xudonun biçənəyi, Təkağac, Alonun kahası, Aynanın kahası, Xaçındalı, Koma, Yastana, Aralığın güneyi, Barmaqlar, Avasın kahası, Heydərin yerləri, Həvşə, Dana güneyi, Böyükgüney, Yalındalı, Tala, Duzdaxlar, Komağac, Qamışlı dərə, Ardışlı, Yolaşan, Naziksu (çay), Qaraquşun dərəsi, Kalafalıq, Əmirin hasarı, Qarama yerləri, Dərə damı, Alonun yeri, Alo yeri.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar, Toponimlər fotoşəkillər xəritələr
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri