Vüqar Aslanov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Vüqar Aslanov 1993-cü ildə Avstriya gənclər arasında Avropa Çempionatında uğursuz çıxış eləsə də bir il sonra Macarıstanda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.
1995–1997-ci illərdə Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov 1998-ci ildə tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.
1999-cu ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını isə 16-cı pillədə başa vuran Vüqar Aslanov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirlərində uğursuz çıxış etdi və olimpiada da mübarizə apara bilmədi. 2002–2004-cü illərdə də Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov nəhayət 2004-cü ildə olimpiada da debüt etdi.
Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında Vüqar Aslanov qrup mərhələsində əvvəl Yunanıstan nümayəndəsi Alexios Kolitsopoulosa (2:2), sonra isə Özbəkistan nümayəndəsi Alesandr Doxturişviliyə (0:4) məğlub oldu. Vüqar Aslanov qrup mərhələsinin üçüncü görüşündə Macarıstan nümayəndəsi Tamaş Berziçza ilə üz-üzə gəlməli olsa da, görüş formal əhəmiyyətə sahib olduğuna görə Vüqar Aslanov görüşdən imtina etdi və qrup mərhələsini üç məğlubiyyətlə sonuncu pillədə başa vurdu. 2004-cü ildəcə Vüqar Aslanov idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11993Gənclərin Avropa Çempionatı Avstriya10.21994Gənclərin Dünya Çempionatı Macarıstan1.31995Avropa Çempionatı Fransa18.4Dünya Çempionatı Çexiya24.51997Avropa Çempionatı Finlandiya6.6Dünya Çempionatı Polşa12.71998Tələbələrin Dünya Çempionatı Türkiyə3.81999Avropa Çempionatı Bolqarıstan16.9Dünya Çempionatı Yunanıstan10.102000Dünya Olimpiya Təsnifat Turniri İtaliya18.11Dünya Olimpiya Təsnifat Turniri Fransa7.122002Dünya Çempionatı Rusiya12.132003Avropa Çempionatı Yuqoslaviya15.14Dünya Çempionatı Fransa8.152004Avropa Çempionatı İsveç14.16.Olimpiya Oyunları Yunanıstan17.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri