Edvard Edisoni Asryan (; ) — Ermənistan hərbçisi, Ermənistan Silahlı Qüvvələrinin general-leytenantı, 14 iyul 2022-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini.
Həyatı Edvard Edisoni Asryan (22 may 1977-ci il tarixində Azərbaycan SSR-nin Martuni rayonuna bağlı Azıx kəndində anadan olmuşdur. 1994–1999-cu illərdə Xankəndi Dövlət Universitetində təhsil almışdır. 2004–2006 Rusiya Federasiyası Silahlı Qüvvələri Akademiyasında hərbi təhsil əldə etmişdir. 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının üç aylıq kurslarını, 2021-ci Rusiya Silahlı Qüvvələrinin Hərbi Akademiyasının başqa kurslarını bitirmişdir.
Hərbi karyerası 1994-cü ildən Ermənistan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2015–2017-ci illərdə müdafiə naziri Vazgen Sarkisyan adına hərbi universitetin rəis müavini, daha sonra isə fakültə rəhbəri vəzifələrini icra etmişdir. 2017-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini təyin edilmişdir. 2019-cu ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi təyin edilmişdir.
30 oktyabr 2020-ci ildə Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilmişdir. 5 iyul 2023-cü ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Arsyana general-leytenant hərbi rütbəsi verilmişdir.
21 may 2021-ci ildə general-mayor Edvard Asryan Baş Qərargahın Əməliyyat Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilmiş, həmin il 27 sentyabrda isə o vəzifədən azad edilmişdir. 14 iyul 2022-ci ildə Ermənistan Prezidentinin fərmanı ilə Edvard Asryan beş il müddətinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi təyin edilmişdir.
Mükafatları 21 yanvar 2013-cü ildə Ordu Günü münasibətilə "Döyüş xidmətinə görə" medalı təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan generalları