Dead by Daylight — Kanada oyun studiyası "Behaviour Interactive" tərəfindən hazırlanmış onlayn survival horror videooyunu. Oyunda beş oyunçu iştirak edir, dörd oyunçu sağ qalanlar rolunu, bir oyunçu isə qatil rolunu öz üzərinə götürür. Sağ qalanlar generatorları təmir edərək qatil tərəfindən yaxalanmadan çıxış qapılarından qaçmaq üçün birlikdə işləyirlər. Qatil onları tutub başqa bir aləmin varlığına qurban verməyə çalışır.
Oyun ilk dəfə 2016-cı ildə Windows üçün buraxılmışdır. Bundan bir il sonra 2017-ci ildə PlayStation 4 və Xbox One üçün yayımlanıb. Oyun Nintendo Switch üçün 2019-cu ildə, Android, iOS, PlayStation 5, Stadia və Xbox Series X/S üçün isə 2020-ci ildə buraxılmışdır. Oyunun Steam Deck üçün versiyası 2023-cü ildə işıq üzü görüb. Oyun bu günə kimi 50 milyondan çox oyunçu yığmağı bacarmışdır. Hazırda Blumhouse Productions və Atomic Monster tərəfindən "Dead by Daylight" əsasında filmin çəkilməsi planlaşdırılır.
İstinadlar
Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:Asimmetrik çoxnəfərli videooyunlar Kateqoriya:İndi videooyunlar Kateqoriya:Çoxnəfərli videooyunlar Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Sağ qalma simulyatorları Kateqoriya:Unreal Engine oyunları Kateqoriya:Kanada videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Stadia videooyunları Kateqoriya:Behaviour Interactive oyunları Kateqoriya:Demonlar haqqında videooyunlar Kateqoriya:Çoxnəfərli onlayn oyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Asimmetrik çoxnəfərli videooyunlar Kateqoriya:Behaviour Interactive oyunları Kateqoriya:Çoxnəfərli onlayn oyunlar Kateqoriya:Demonlar haqqında videooyunlar Kateqoriya:İndi videooyunlar Kateqoriya:İOS videooyunları Kateqoriya:Krossover videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Stadia videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Xbox Series X və Series S videooyunları