Sərayə əl-Salam (, ) — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir.

Tarixi Onlar Müqtəda əs-Sədr tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır. 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər. "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər. Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar, lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.

İstinadlar

Kateqoriya:İraq müharibəsi (2013–2017) Kateqoriya:Şiə islamçı qruplar