Sevda Karaca Dəmir () — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Sevda Karaca Dəmir 1984-cü ildə Adana ilində anadan olub. ODTÜ Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub.

Uzun illər jurnalist olaraq çalışıb. 2007-ci ildən Evrensel qəzetində çalışır. Həmin il Hayat Televiziyasının qurucularından olub. Hayat TV Nəşr Koordinasiyasının üzvü olub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib.

İngiliscə, almanca və fransızca bilir.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyənin televiziya aparıcıları