Hrubeşovda Məryəm Ananın Fərziyyəsi Kilsəsi () – Polşanın Hrubeşov şəhərində yerləşən pravoslav kilsəsi. Polşa kilsələri içərisində ən monumental kilsə hesab olunur.

Tarixi Hrubeşovda pravoslav kilsəsinə aid ən qədim yazılı mənbə 1510-cu ilə aiddir. İndiki kilsənin yerində yerləşən kilsə 1520-ci illərdə tikilmişdir. Kilsənin qurucusu və sponsoru Sofroniy Kozula adlı yerli sakin olmuşdur. Bu kilsə 1785-ci ildə sökülmüşdür.

İndiki kilsə binası 1873–1875-ci illərdə tikilmişdir. Binanın təməli 11 may 1883-cü ildə atılmışdır. Kilsə 13 may 1876-cı ildə Xelm-Varşava arxiyepiskopu Leontis tərəfindən təqdis olunmuşdur. 1915-ci ilə qədər kilsənin beffruasında 5 zəng olsa da, Birinci Dünya müharibəsində zənglər itmişdir.

Memarlığı Kilsə memarlıq quruluşu baxımından dövrünün pravoslav kilsələrindən fərqlənmir və rus-bizans üslubundadır. Lakin həmin kilsələrə nisbətən daha detallı tikilmişdir. 13 günbəzli bu kilsə yunan xaçı memarlıq planı üzrə tikilmişdir və üçhissəli struktura malikdir. Günbəzlər və zəng qülləsi qızılı rənglə bəzədilmişdir.

Kilsənin ziyarətgahı yarımdairəvi formada olan apsida və ona bitişik olan koridorla əhatə olunmuşdur. İçəridəki palıd ikonostas koridor ilə altar arasındakı yerləşir.

Populyar mədəniyyətdə 2023-cü ildə Polşada buraxılmış poçt markalarından birində Məryəm Ananın Fərziyyəsi Kilsəsi təsvir olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Polşa kilsələri Kateqoriya:1875-ci ildə tamamlanmış dini tikililər