Olqa Franko (, ) — Ukraynalı aşpaz, kulinariya kitablarının müəllifi. SSRİ dövründə Olqa Frankonun yemək kitabları "burjua" ədəbiyyatı kateqoriyasına aid olduğu üçün nəşr olunmurdu"Смак свободи" — українське кіно з кулінарними історіями. Гості — Наталія Тихолоз, Олена Моренцова — "У своїй тарілці" з Оленою Брайченко, грудень 2020..
Həyatı Olqa Franko 24 iyul 1896-cı ildə anadan olmuşdur. O, iki il Vyanada Ali Kənd Təsərrüfatı Məktəbində kulinariya sahəsi üzrə təhsil almışdır.
Olqa Franko 1929-cu ildə Kolomyada nəşr olunan Praktik Mətbəx () kitabını, qalisian reseptlərinə yönəlmiş bir kitab yazır. Burada təxminən 20% Ukrayna reseptləri öz əksini tapırdı. Bu kitabın Ukrayna mətbəxi haqqında ilk resept kitablarından biri olduğu deyilirdi. Kitab 1991-ci ildə Praktiki Mətbəx adı ilə yenidən nəşr olunur və 2019-cu ildə Marianna Duşarın ön sözü ilə yenidən çapa verilir. Bu yerli inqrediyentlərdən hazırlanan ənənəvi yeməklərə yönəlmiş reseptlərdən ibarət idi. Olqa Franko 1937-ci ildə mətbəxin qidalanma aspektlərinə diqqət yetirən "Milli mətbəx" adlı ikinci kitabını nəşr etdirmişdir.
Vəkillik Olqa öz kitabında evdar qadınları yerli hakimiyyət orqanlarından qida keyfiyyətinin yoxlanılmasını tələb etməyə təşviq etmişdir.
Ailəsi Olqa Franko məşhur Bileviç ailəsindəndir. Birinci həyat yoldaşının (Kamenyar-Moses) ölümündən sonra o, ukraynalı fəal və şair İvan Frankonun gəlini olaraq Petro Franko ilə evlənir.
Olqa Franko tez-tez qayınanası ilə qarışdırılır, səbəb isə hər ikisinin eyni adı daşımasıdır. Qeyri-rəsmi olaraq, çaşqınlığın qarşısını almaq üçün "kiçik" və "böyük" ifadələrindən istifadə edilir.
Ölümü 1987-ci ildə Olqa Franko 91 yaşında vəfat edir. Əri 1941-ci ildə öldürülsədə, Olqa onun taleyindən heç vaxt xəbər tutmamışdır.
Mənbə Валентина Неліна. Хто готував? Невістка. Рецепти від Ольги Франко — дружини сина Каменяра // Україна молода, № 220, 25.11.2009 Іван Лучук. "Всенародна кухня" Ольги Франко // Львівська пошта, № 105(843), 4.09.2009 Галина Терещук. Галицька кухня багата таємницями // Радіо Свобода, 20.04.2012 Тихолоз Н. Енциклопедія галицької кулінарії // Франко О. 1-ша українська загально-практична кухня з численними ілюстраціями та кольоровими таблицями / Передм. і коментарі М. Душар; післямова Н. Тихолоз. Харків: Фоліо, 2019. С. 510–523. Наталя Тихолоз. ПАНІ ДОМУ: штрихи до портрета Ольги-Марії Франко з Білевичів // ФРАНКО:НАЖИВО / FRANKO:LIVE ©, 21.07.2020 Наталя Тихолоз. Ольга-Марія Франко. Гросмайстриня галицької кухні // Гендер в деталях. Спецпроект "Жінки, які торують нові шляхи", 21.08.2021
İstinadlar
Kateqoriya:Kulinariya kitablarının müəllifləri