Lətifə Əliyeva () — Tarix elmləri doktor. 4 kitabın tərtibatçısı, 4 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 proqramın, 40-dan çox elmi məqalənin müəllifidir.

Həyatı və fəaliyyəti 1947-ci ildə Bakıda hərbçi ailəsində anadan olub. 1954–1965-ci illərdə Sabirabad şəhər rus orta məktəbində oxuyub. 1965–1969-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyub. 1969–1989-cu illərdə Azərbaycan KP MK-nın elmi şöbəsi olan Partiya Tarixi İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1989–1998-ci illərdə Bakı Dövlət Universitetinin Siyasi tarix kafedrasında kabinet müdiri və müəllim vəzifəsində işləyib. 1998-ci ildən BDU-nun tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında (humanitar fakültələr üzrə) baş müəllim, dosent vəzifəsində çalışır.2000–2010-cu illərdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim işləyib. L. A. Əliyeva 2007–2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

elmi fəaliyyəti 1997-ci ildə "70-ci illərdə Azərbaycan sənayesində ixtiraçılar və səmərələşdirçilər hərəkatı (1969–1982-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2017-ci ildə "Şimali Azərbaycanda qadınların vəziyyəti (1900–1922-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. L. A. Əliyeva 4 kitabın tərtibatçısı, 4 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 proqramın, 40-dan çox elmi məqalənin müəllifidir. Məqalələrin 7-si xarici dölətlərdə: ABŞ, Türkiyə, İspaniya, Rusiya, Ukrayna, Moldova və Gürcüstanda elmi jurnallarda dərc edilmişdir. L. A. Əliyeva Almaniyada, Polşada, Rusiyada və Azərbaycanda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. L. Əliyeva 2019-cu ildə Fransanın Milli Asambleyasında geniş elmi məruzə ilə çıxış etmişdir.

Mükafatları 1982-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı; 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı; 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı; 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi yubiley medalı.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər