Şimali Krım kanalı ( ) — Ukraynanın Krım və Xerson vilayətinin azsulu və quraq ərazilərini su ilə təmin edən kanal. Kanal 1961-1971-ci illərdə inşa edilmişdir. Kanal öz suyunu Dnepr çayının aşağı axarlarında inşa olunmuş Kaxovka su anbarından götürür. Kanalın su ilə doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə yekulaşmışdır. Rusiya Federasiyasının Krımı ilhaq etməsindən sonra, 2014-cü ilin aprelindən Dnepr çayından kanala su verilməsi dayandırımışdır. 2022-cü ilin fevralından, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra kanalın fəaliyyəti yenidən bərpa olunmuşdur. 24 mart 2022-ci ildə kanal tam olaraq su ilə doldurulmuş, 2022-ci ilin 29 aprelindən isə kanalın suyu artıq Krım ərazisində kənd təsərrüfatı məqsədi üçün istifadə olunurdu. left|thumb|Lenino qəsəbəsi yaxınlıında susuz Şimali Krım kanalı. 2014, iyun. 2023-cü ilin 6 iyununda Kaxovka bəndinin dağıdılmasından sonra kanala suyun verilməsi dayandırılmışdır.
Xarakteriskası Kanalın girişində eni 150 metr, dərinlik isə 7 metrdir. Orta illik su sərfi 380 m³/s-dir. Bunun 60—80 m³/s-i Xerson vilayətinində suvarmaya, 300—320 m³/s-i isə Krım ərəzisinə sərf olunur. Kanalın maksimal su sərfi 500 m³/s-dir. Kaxovka su anbarından başlayan kanal Or bərzəxindən keçməklə cənub-şərq istiqamətində uzanaraq Kerç yaxınlığına kimi davam edir. Ümumi uzunluğu 402,6 km olub, Krım yarımadası daxilində uzunluğu 294 km-dir.
Şimali Krım kanalı böyük su ötürmə qabiliyyətinə malik olsa da lahiyədə illik yox, mövsümü fəaliyyəti nəzərdə tutulmuşdur. 2015-ci ilə kimi kanalın doldurulmasına martın sonunda start verilirdi, noyabrda dayandırılırdı. Kanalda suyun başlanğıc nöqtədən son nöqtəyə kimi hərəkəti 33 gün davam edir. Şimali Krım kanalı gəmiçilik üçün yararsızdır.
Xarici keçidlər
Пуск Північно-Кримського каналу Інститут історії України Водні ресурси Херсонщини Держводагентство нагадало Криму, звідки півострів отримує воду / УНІАН, 14.03.2014, 14:14 Вода и Крым
İstinadlar
Kateqoriya:Krım coğrafiyası