Ateni Sioni kilsəsi (gürcü: ატენის სიონი) VII əsrin əvvəllərində tikilmiş olan gürcü pravoslav kilsəsidir. Qori şəhərindən 10 km cənubda, tarixi Ateni şəhərinin də yerləşdiyi yer olan Tana çayının vadisində yerləşir. Kilsəyə adı verilmiş olan "Sioni" sözü Yerusəlimdəki Sion dağından götürülmüşdür.

Memarlığı

Sioni dörd nişli və apsisli kilsələrin ilk nümunələrindən biri hesab olunur.Patrick Donabedian & J.-M. Thierry, Armenian Art, New York 1989, p.67. Dörd apsisin arasında üç ədəd də dörddə bir niş vardır. Bu nişlər mərkəzi sahəyə açıqdır. Kilsənin xaç şəkilli interyerinin ölçüləri 24 x 19,22 metrdir, kilsənin fasadları yaşılımtıl və düzbucaqlı oyulmuş boz daşlarla üzlənmişdir. Kilsənin fasadı zəngin bəzəklərlə və obrazlı relyeflərlə bəzədilmişdir. Kilsənin dəqiq tarixi məlum deyildir, lakin onun dizaynı Mesxetidəki Cvari monastırına çox oxşayır.Закарая, П. (1983) Памятники Восточной Грузии. Искусство, Москва, 376 с. [Zakaraya, P. Monuments of Eastern Georgia] (In Russian) Ümumiyyətlə Cvari kilsəsinin daha qədim bir kilsə nümunəsi olduğu iddia edilir. Buna görə də bəzi sənət tarixçiləri bu kilsə tipini “Cvari tipli” kilsə adlandırırlar.Wachtang Beridse, Die Baukunst des Mittelalters in Georgien, Berlin 1980, p.27. Kilsənin cənub fasadındakı kitabədə yazılmış “Mən bu müqəddəs kilsənin yaradıcısı Todosak” yazısındakı adı qeyd olunan Todosak orijinal kilsənin erməni memarı hesab olunur.Patrick Donabedian & J.-M. Thierry, Armenian Art, New York 1989, p.499. Başqa bir ehtimala görə isə Todosak X əsrdən sonra kilsəni təmir etdirən şəxsdir.Rapp, Stephen H. (1997), Imagining history at the crossroads: Persia, Byzantium, and the architects of the written Georgian past, p. 648. Armenian Research Center collection, University of Michigan.

Freskalar

thumb|"Müqəddəs İosifin yuxusu". Atenidəki bir divar şəkli

Kilsənin divarlarında gürcü əlifbasının ilk variantlarından biri hesab olunan Nuşuri və ya "Nuşa-Hutsuri"nin 835-ci ilə aid ilk məlum nümunələri vardır. Müasir dövrdə istifadə edilən gürcü əlifbasının Mhedruli versiyasının ilk nümunələri də yenə Ateni Sioni kilsəsindən tapılmışdır və 980-ci illərdə yazıldığı güman edilir. Kilsədəki yazılmış olan yazılardan biri I Aşotun atası, ilk sənədləşdirilmiş gürcü Baqratid zadəganı və Gürcüstanın yeni kral nəslinin ilk zadəganı olan I Adarnasenin xatirəsinə ithaf edilmişdir.

Kilsənin yanında orta əsrlərə aid qalalı Ateni şəhərinin (müasir Didi Ateni və Patara Ateni kəndləri) xarabalıqları yerləşir.Закарая, П. (1983) Памятники Восточной Грузии. Искусство, Москва, 376 с. [Zakaraya, P. Monuments of Eastern Georgia] (In Russian)

İstinadlar Kateqoriya:Gürcüstandakı arxeoloji abidələr Kateqoriya:VII əsrdə yarananlar