Çingiz Aytmatovun abidəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinə ucaldılmış abidəPrezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər

Haqqında

Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

2023-cü ildə 8 avqustda təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssam Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

Açılışı

24 aprel 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov abidənin açılış mərasimində iştirak ediblər.

Həmçinin bax

Mustafa Kamal Atatürkün heykəli (Bakı) Müslüm Maqomayevin abidəsi (Bakı)

İstinadlar

Xarici keçidlər Bakıda Çingiz Aytmatovun abidəsi qoyulub - FOTO

Kateqoriya:Çingiz Aytmatov Kateqoriya:Bakıdakı heykəllər