Mollalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Kənd Bərgüşad çayının (Bazarçay) sahilindədir. Əsil adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Alı adlı şəxs saldığı üçün belə adlanmışdır. Lakin sonralar Mollalı şəklinə düşmüşdür və rəsmi olaraq qəbul olunmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri