Əli Doğan (, ) — Türkiyəli siyasətçi, nazir (2002).
Həyatı İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Çekmece Nüvə Araşdırmaları Mərkəzində inzibati mütəxəssis vəzifəsində çalışıb. Sərbəst ticarətlə məşğul olub. O, Türkiyə Böyük Millət Məclisinin 20-ci və 21-ci dövrlərində Ana Vətən Partiyasının Kahramanmaraş millət vəkili olub və 2002-ci ildə qısa müddət ərzində Türkiyənin 57-ci hökumətində insan haqlarından məsul dövlət naziri vəzifəsində çalışıb. O, 1994-cü ildə ləğv edilən Fatih bələdiyyəsinə seçkilərdə Ana Vətən Partiyasından namizədi olub.
İstinadlar