Məzmun Filmin əsasını kənd təsərrüfatında kollektivləşmə və qolçomaqlara qarşı mübarizə mərhələsində baş verən hadisələr təşkil edir. Burada kollektivləşmənin ilk illərində Rusiyanın kəndlərində gedən sinfi mübarizədən bəhs edilir.
Film haqqında Film İqor Savçenko və Leonid Perelmanın "Rusiya məhv oldu" pyesinin motivləri əsasında çəkilmişdir. Film saxlanılmayıb.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: İqor Savçenko, Leonid Perelman Ssenari müəllifi: İqor Savçenko, Leonid Perelman, Aleksandr Makovski Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Pyotr Beytner İkinci rejissor: İqor Savçenko Operator köməkçisi: Leonid Koretski
Rollarda İqor Savçenko Aleksandr Makovski Aleksandr Çuverov V.Dançeva Denisova Quryanov K.Qromov Mixail Jarov
Mənbə Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Kateqoriya:1931-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Rusiyada kənd təsərrüfatı